Evinin zirzəmisində milyard dollarlıq şirkət quran Pakistanlı iş adamı

Date:

Paylaş:

Gələcəyin təşəbbüskarlarına uğurlu örnək kimi göstərilə biləcək iş adamlarından biri də Carl Rodriguesdir. Çünki o, evinin zirzəmisində qurduğu işini milyard dollarlıq bir şirkətə qədər çatdırıb. Hazırda 700 işçisi olan iş adamı bu səviyyəyə necə çatıb. Gəlin birlikdə baxaq:
Carl Rodrigues 11 yaşında ailəsi ilə birlikdə Pakistandan Kanadaya köçüb.

Ölkənin siyasi və ictimai vəziyyətindən narahat olan ana uşaqlarını daha güvənli bir yerdə böyütmək qərarına gəlir və bu səbəblə ölkəni tərk edərək Kanadanın ən böyük şəhəri olan Torontoya köçürlər.

Carl Toronto Universitetində komputer mühəndisliyi və riyaziyyat üzrə təhsil almağa başlayır.

Daha sonra Carl 2001-ci ilə qədər müxtəlif şirkətlərdə işləyir. Ancaq bir gün işdən istefa edib öz işini qurmaq qərarına gəlir.

Bu qərar həyat yoldaşı və onlarla birlikdə yaşayan qayınanası da daxil olmaqla heç kəs tərəfindən yaxşı qarşılanmır. Ancaq o, bütün bunlara baxmayaraq öz qərarından geri dönmür. Ətrafındakı insanlar işini tərk edib bir anda zirzəmidə yaşamağa başlayan Carlın dəli olduğunu hesab edirlər.

Nə iş görəcəyini düşünmək üçün günlərlə zirzəmidə qalan Carl sevəcəyi işi qurmaq yolunda olduqda qərarlı addım atır. Bir ay boyunca gecə gündüz çalışan Pakistanlı proqramçının zəhməti sonda öz nəticəsini göstərir.

İstifadəçilərin mobil telefonlarını notebook ilə idarə edə biləcəkləri bir proqram yaradan Carl Soti adını verdiyi şirkətini yavaş-yavaş böyütməyə başlayır. 1 il sonra İngiltərənin böyük bir şirkətindən təklif alır.

Ölkənin ən böyük supermarket şəbəkələrindən biri olan şirkət Carlın sistemini öz sistemlərində də istifadə etmək istəyirlər. Şirkət sürətlə böyüyür.

Hazırda 1 milyard dollardan çox bazar dəyəri olan şirkət 22 ölkədə 700 işçisi ilə müştərilərinə xidmət göstərir.

İllik gəliri 80 milyon dollar olan Sotinin qurucusu 2006-cı ildə Microsoft da daxil olmaqla bir çox şirkət tərəfindən edilən satınalma təkliflərini rədd edib.

 21 ayda 1.5 milyard dollarlıq şirkət yaradan gənc iş adamı

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...