Əsas səhifə Biznes 21 ayda 1.5 milyard dollarlıq şirkət yaradan Çinli təşəbbüskar

21 ayda 1.5 milyard dollarlıq şirkət yaradan Çinli təşəbbüskar

2075
Paylaş

Googleun köhnə mühəndislərindən Colin Huang Silikon Vadisində başladığı karyerasını Çində davam etdirərək yaratdığı startupı 21 ayda 1.5 milyard dollara qədər yüksəltməyi bacardı.

Bloombergin bildirdiyinə görə Silikon Vadisindən ölkəsinə geri qayıdan az saylı Çinli təşəbbüskardan biri olan Colin 2015-ci ildə Şanxayda yaratdığı e-ticarət şirkəti Pinduoduo ilə sektorda sürətlə böyüdü. Müştərilərinə internetdən birlikdə alış-veriş edərək qrup şəklində endirim qazanmaq fürsəti təqdim edən Pinduoduonun dəyəri cəmi 21 ayda 1.5 milyard dollara çatdı.

Pinduoduoda müştərilər digər istifadəçilərin rəylərinə görə alış-veriş və məhsullarla bağlı söhbət edə bilirlər.

Ailəsi fabrik işçiləri idi

Dünyanın ən böyük e-ticarət şirkətlərindən biri olan Alibabanın qurucusu Jack Manın məmləkəti Hangzhouda böyüyən 37 yaşlı təşəbbüskarın valideynləri fabrik işçisi idi. Məktəbi uğurla başa vurduqdan sonra Wisconsin Universitetində kompyuter mühəndisliyi oxuyan Colin Googleda işləməyə başladı. Pinduoduo 2007-ci ildə öz ölkələrinə geri qayıdan təşəbbüskarın 4-cü və ən uğurlu startupı oldu.