“Panda School”un rəhbəri Elvin Dadaşsoy:”Siz olmasaydınız, indi hansısa xarici şirkətdə 2000 manat maaşa işləyirdim”

Date:

Paylaş:

2009-cu ildə Ingiltərəyə sənədlərimi göndərdim. East Anglia universitetinin nümayəndəsi mənə məktub yazdı:
” Biz bu göstəricidə tələbəni qəbul etməkdən qürur duyarıq. Sizə təhsil haqqında 75 % endirim veririk.”

İnanılmaz sevincli idim. “Xaricdə təhsil haqqında dövlət proqramı”na müraciət etdim. Təqaüd alacağıma yüz faiz inanırdım. İngilislər belə tələbə ilə qürur duyurdularsa, özümüzkülər məni təqaüddən niyə kəssin ki?

1 ay sonra Təhsil Nazirliyindən evimizə məktub gəldi: ” Sizin ixtisas artıq prioritet olmadığı üçün təqaüd ala bilmərsiniz” (bu haqda heç bir yerdə əvvəlcədən elan yox idi, əks halda başqa sahə seçərdim.)

Çox üzüldüm. İnanılmaz qırıldım. Ingiltərəyə gedəcəyimə o qədər inanmışdım ki, hətta Azərbaycandakı universitet dərslərimə biganə yanaşmışdım və Prezident təqaüdündən kəsilmişdim.

Məcbur qalıb ölkə başçısına xahiş məktubu ilə müraciət etdim. Müraciətimə cavab verildi. Məni Təhsil Nazirliyinin aparat rəhbəri ilə görüşə çağırdılar.

Aparat rəhbəri mənə yarım saat siyasətdən, dünyadan, təhsildən danışdı. Bir xeyli də məni sorğu suala tutub təriflədi. Sonda da dedi ki, bağışla biz heç nə edə bilmirik.

Mən Nazirlikdən hıçqıra hıçqıra,nifrətlə çıxdım və özümə söz verdim ki, bir də heç vaxt,heç bir quruma təqaüd, pul üçün müraciət etməyəcəm.

Həmin hadisədən düz 10 il ötür. İndi öz təhsil biznesimi qurmuşam. Məktəblərimizdə yüzdən çox insan çalışır. Minlərlə uşağın həyatı bu kursların sayəsində dəyişib. Xoşbəxt ailəm və maliyyə azadlığım var. Hər il minlərlə gəncə təlim və seminarlarımla faydalı olmağa çalışıram. Bunlar hələ harasıdır ki, qarşıda ölkəm üçün komandamla nələr edəcəm..

Bunların hamısı o aparat rəhbərinin dediyi “YOX” sayəsində oldu. Buradan ona sayğı və hörmətimi çatdırıram. Siz olmasa idiniz, indi hansısa xarici şirkətdə 2000 manat maaşa işləyirdim. 😊

Bəzən aldığımız YOX -lar aldığımız HƏ-lərdən daha faydalı olur. Bizi güclü edən də elə aldığımız HƏ yox, YOX-lardır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...