Elon Musk şirkətinə işçi qəbul edərkən nələrə diqqət edir?

Date:

Paylaş:

“Tesla” və “Spacex” ilə dünyanı dəyişdirməyə davam edən Elon Musk ilə işləmək bir çox insanın xəyalıdır. Ancaq onunla işləmək eyni zamanda fədakarlıq və istedad tələb edir.

Elon Muskın birini işə götürməzdən əvvəl ilk bilmək istədiyi şey  onun həyat hekayələridir. Yəni, həyatında baş vermiş çətinliklərdən ona danışmaq lazımdır. O, insanların həyatlarını davam etdirmək üçün verdikləri çətin qərarların və qarşılaşdıqları problemlərə tapdıqları  həll yollarının şəxsiyyətlərini əks etdirdiyinə və iş həyatında da eyni dərcədə çətinliklərlə sinə gələ biləcəyinə inanır.

O bir müsahibəsində, əvvəldən insanları qabiliyyətlərinə görə işə götürdüyünü, ancaq sonradan namizədin yaxşı bir insan olub-olmadığının daha əhəmiyyətli olduğunu anladığını bildirib.

Eyni zamanda, namizədin komanda işinə meylli olması mühümdür. Şirkətdə onsuz da bir çox adam birlikdə intensiv iş stressi altında işləyir. Bu əlavə olaraq, bir-birilərini stressə salan insanlar istəmir.

O, fizika və iqtisadiyyat üzrə məzun olsa da, Elon Musk üçün diplomunun heç bir əhəmiyyəti yoxdur. Bir çıxışında Bill Gates, Stiv Jobs və Larri Peyc kimi məşhur sahibkarların diplomları olmadığını, amma əlindən gəlsə onları heç düşünmədən işə götürəcəyini və bu səbəbdən diplomun  lazımsız bir şey olduğunu düşündüyünü deyib.

Hansı vəzifə üçün olursa olsun, işinizdə ən yaxşı olmağınız əhəmiyyətlidir. “Spacex” şirkətində yeməkxana açarkən belə müavinlərindən ən yaxşı kadrı tapmalarını istəmiş.

Ən önəmli meyar onunla eyni fikiri bölüşməkdir. Elon Musk hər layihəsi ilə dünyanı dəyişdirən bir sahibkardır və əgər əməkdaşları onunla eyni fikirdə deyilsə fərq yaratmağın mümkün olmadığını düşünür.

Həyatının böyük bir hissəsini işə ayırmaq da mühüm bir meyardır. Həftədə orta hesabla 100 saat çalışan Musk, əməkdaşlarından da eyni fədakarlığı gözləyir.

Dünyada görünməmiş fərqli işlər görən biriylə çalışırsınızsa, yaradıcı olmaq mühüm bir amildir. Həm problemlərə fərqli həll etmək, həm də yeni məhsullar ortaya qoymaq üçün yaradıcılıq çox vacibdir.

Elon Musk çox asan qane olan bir müdir deyil. Yəni təzyiq altında və qısa müddətdə böyük işlər görmək onun üçün mühümdür.

Elon Muskın ən mühüm xüsusiyyətlərindən biri də heç vaxt məğlubiyyəti qəbul etməməsidir. Əməkdaşlarından da eyni davranışı gözləyir və problemlərə həllini tapana qədər vaz keçməmələrini istəyir.


©marja

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...