Əsas səhifə Məqalələr Maraqlı Tibb işçisi 758 milyon dollar cekpot uddu

Tibb işçisi 758 milyon dollar cekpot uddu

955
Paylaş

ABŞ-ın Massaçusets ştatında tibb işçisi çalışan iki uşaq anası Mevis Uonçik “Powerball” lotereyasının 758 mln. dollar məbləğində rekord cekpotunu udub.      

“Gazeta.ru”nun verdiyi xəbərə görə,  53 yaşlı Mevis Uonçik həyatda planlarını dəyişdiyini və artıq çalışdığı xəstəxananın rəhbərliyinə işə qayıtmaq istəmədiyini bildirib.

Məlumata görə, uduşu birdəfəlik götürmək niyyətində olan M.Uonçik vergilər tutulduqdan sonra 480 mln. dollar əldə edəcək.

©APA