Elon Maska fantastik maaş – 2,6 MİLYARD

0
715

“Tesla”nın səhmdarları şirkətin rəhbəri Elon Maska fantastik məbləğdə maaş təyin edib.

İKT.lent.az-ın “Bloomberg”ə istinadən xəbərinə görə, bundan sonra Mask indiyədək heç bir top-menecerin almadığı qədər – ildə 2,6 milyard dollar əmək haqqı alacaq.

Qərarın lehinə səhmdarların 73%-i səs verib. Onlar hesab edirlər ki, yüksək maaş diqqətini əsas işə – süni intellektin yaradılmasına cəmləşdirməyə kömək edəcək.

Səhmdarların bu qərarından sonra “Tesla”nın səhmləri 1,9% bahalaşıb.