Elektron poçt ekologiyaya böyük zərər vurur

Date:

Paylaş:

Kağızdan istifadə etməyən elektron poçtun ətraf mühit üçün zərərsiz olması kimi təsəvvür yaransa da, amma energetika sahəsi ilə əlaqəli olan britaniyalı analitiklər bu iddia ilə razılaşmayıblar. Onların araşdırmasına görə, elektron poçt planetə avtomobil və təyyarələrdən daha böyük zərər vurur.

Bizplus.az Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, elektron yazışmanı ekoloji cəhətdən təmiz adlandırmaq olardı, lakin mütəxəssislər serverlərin işləməsini təmin edən elektrik stansiyaları tərəfindən havaya buraxılan karbon qazının tullantısını planet üçün ciddi təhlükə hesab edirlər. Analitiklərin hesabatına əsasən, “Necədir?”, “Çatdı?”, “Təşəkkür”, “Qəbul etdim” və sairə bu kimi mənasız mesajlar bəşəriyyətə daha çox zərər vurur.

“Əgər Böyük Britaniyanın hər bir sakini gündəlik ən azı bir belə mesajdan imtina etsəydi, onda bir il sonra atmosferə buraxılan karbon qazının tullantısını 16 min ton azaltmaq mümkün olardı” – analitiklər bildiriblər.

16 min karbon qazı tullantısı 3334 avtomobil mühərrikinin işinə və ya Madrid və London arasında 81152 uçuşa ekvivalentdir. Hesabata əsasən, yalnız Böyük Britaniyada hər gün təxminən 64 milyon “faydasız” məktub göndərilir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...