Ekspertlər smartfonun daha sürətlə işləmə yolunu tapıblar

Date:

Paylaş:

Mütəxəssislər smartfonun işləmə keyfiyyətini artırmaq üçün ondan lazımsız şəkillərin silinməsinin vacib olduğunu qeyd ediblər. Bu barədə Avast şirkətinin məruzəsində bildirilib.

Araşdırma zamanı mütəxəssislər Avast Cleanup-ın optimallaşma alətinin təxminən 6 milyon istifadəçisinin anonim məlumatlarını təhlil ediblər. 2018-ci ilin dekabrından 2019-cu ilin iyununa kimi 45 dünya ölkəsində smartfonların necə işləməsi öyrənilib.

Məlum olub ki, orta hesabla hər bir istifadəçinin gadget-ində 952 şəkil var və onların da 22%-nin keyfiyyəti aşağıdır və ya təkrar şəkillərdir. “RİA Novosti” xəbər agentliyi məlumat verir ki, WhatsApp-da istifadəçilər orta hesabla 292 şəkil saxlayırlar; ekran görüntülərinin orta sayı 86-dır.

Smartfon cihazlarının yüksək səviyyədə işləməsini təmin etmək üçün lazımsız şəkillərin silinməsi pulsuz, sürətli və sadə bir üsuldur. Çünki, məhz yaddaşın dolu olması gadget-in işləmə keyfiyyətinə təsir edə bilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...