Azərbaycanlı iş adamı Rusiyada yol qəzasında ölüb

Date:

Paylaş:

Tanınmış azərbaycanlı iş adamı Əlişah Süleymanov Rusiyanın Çelyabinsk vilayətində baş vermiş yol qəzasında ölüb.

Qəza Plast şəhərinin yaxınlığında baş verib.

“Ruslada” qənnadı şirkətinin sahibi olan Ə.Süleymanovun olduğu “Toyota Land Cruiser” markalı avtomobil xəndəyə yuvarlanıb və sonra aşıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Sükan arxasında olan təhlükəsizlik müəssisəsinin işçisi xəstəxanaya yerləşdirilib.

Polis iş adamının öldüyünü təsdiqləyib, qəzanın başvermə şəraiti araşdırılır.

Qeyd edək ki, Ə.Süleymanov 1960-cı ildə Azərbaycanda anadan olub, ötən əsrin 90-cı illərində Cənubi Urala köçüb və orada Ural və Sibirdə ən böyük şirniyyat istehsalçılarından və təchizatçılarından biri olan iri holdinqini təsis edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...