Çinlilərdə yeni bir şey yaratmaq və ya gələcəyi görmək qabiliyyəti yox idi. Onlar istehsalda dünya liderləri idilər, ancaq nəyi istehsal etmək məsələsində məsləhət verəcək adama ehtiyacları var idi. Öz məhsullarını yarada bilmirdilər. Çin dövləti bunu dəyişmək istəyirdi. Ona görə də ABŞ-a nümayəndə heyəti göndərdi ki, “Apple”, “Google” və “Microfost” kimi şirkətlərdə işi araşdırıb, izləyərək, yaradıcı olmağı öyrənsinlər. Nümayəndə heyəti yaradıcılıq və kəşfin haradan gəldiyini öyrənmək üçün suallar verirdilər.
“Apple” və “Google” gələcəyi özləri və bizim üçün kəşf edirdilər. Bəs bunu necə edirdilər? Tədqiqatçılara belə məlum oldu ki, orada işləyənlər üçün ümumi cəhət uşaqlıqdan elmi kitablara meylli olmalarıdır.
Elmi-bədii kitablar elm və xəyalpərəstliyin qovuşmasıdır. Elmin inkişafı üçün fantaziya çox önəmlidir. Bədiilik yeri tərk etmədən uçmağa imkan verir. Elmi-ədəbi şəhər və maşınlar get-gedə yaşadığımız real şəhər və sürdüyümüz həqiqi maşınlara çevrildilər. Bədiilik səni əvvəllər heç vax olmadığın və mövcud olmayan yerlərə aparır. Gələcəyə bir dəfə düşəndən sonra ətrafındakı dünya ilə qane olmursan. Məhz bu insanları inkişafa və hər şeyin daha yaxşısını düzəltməyə vadar edir.
Çinlilərin isə problemləri vardı. Onlar elmi-bədii ədəbiyyatı qadağan etmişdilər. Anti-mənəvi çirklənmə kampaniyası (1983-1984) zamanı dövlət elmi ədəbiyyatı “mənəvi çirklənmə” adlandırmışdı. Onun praktiki xeyrini görə bilmirdilər və istəmirdilər ki, insanlar xəyalpərəst olub, yeni ideyalar qursunlar. Yeni ideyalar həmişə müxalifət olur, bu onların təbiətindədir. ABŞ-dakı araşdırmaların nəticəsi olaraq çinlilər nəinki qadağanı aradan qaldırdılar, üstəlik elmi ədəbiyatın təbliğinə başladılar. Çin indi jurnal və kitanların yüksək dövriyyəsinə görə dünyada elmi ədəbiyyat üzrə ən böyük bazara çevrilib.
“Silikon vadisi” San Fransiskoda dünyanın bir çox ən böyük texnoloji korporasiyalarının evinə çevrilmiş ərazinin adıdır. Bu şirkətləri digərlərindən fərqləndirən cəhət isə ondan ibarətdir ki, onlar keçmiş və ya indidən daha çox gələcəklə maraqlanırlar. Həmişə gələcəyə baxırlar. Şirkətlərin strukturu azad və sərbəstdir ki, te-tez dəyişə və dəyişikliyə sürətlə uyğunlaşa bilsinlər. “Google”, “Apple”, “eBay”, “Yahoo” və digərləri də gələcəkdən ilham alırlar. Onlar tez-tez yoxlayır, gələcəkdə baş verənləri özləri formalaşdırmağa çalışırlar.
Sən elmi ədəbiyyat yaradırsan. Biz hamımız bunu edirik: yeni mətbəx, karyera və tətilləri planlaşdırırıq. Özümü onlarda görür, onları həyata keçirdirik. Düşünürük görəsən ən pis və ya ən yaxşı halda necə olacaq. Sanki qabaqcadan hadisələri görür, səsləri eşidir, hər şeyi hiss edirik.
Özümüzü gələcək üçün planlaşdırmaq insan olmağın əsas xüsusiyyətlərindən biridir. Xəyallarımız bizdə olan ən güclü alətlərdir. Onlar istənilən maşın, təyyarə və ya roketdən daha güclüdürlər. Çünki məhz bizim xəyallarımız o maşın, təyyarə və ya roketləri yaradırlar. Xəyalpərəstlik xeyri olan praktiki qabiliyyətdir. Tez-tez cilalanmalıdır, yoxsa paslanaraq məhv olar. Harasa gedəcəksən? Bu sənin taleyini müəyyənləşdirəcək? Hamımız istədiyimiz vaxt “yaxın 10 ildə kim olmaq istəyirəm”, “yaxın 10 ildə harada olmaq istəyirəm” və ya “hansı işlə məşğul olmaq istəyirəm” kimi suallar verməklə həyatımızı dəyişə bilərik.