Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Dünyanın 3 iri şirkəti marketinq direktoru postunu ləğv edib

Dünyanın 3 iri şirkəti marketinq direktoru postunu ləğv edib

97
Paylaş
'Team work' concept. Coworkers at the business meeting.

Son iki ay ərzində dünyanın 3 iri şirkəti –  «McDonald’s», «Uber» və «Johnson & Johnson» marketinq direktoru postunu ləğv edib və həmin vəzifənin öhdəliklərini digər işçilər arasında bölüşdürməyə hazırlaşırlar. Bu qərarların səbəbi marketinq sahəsində çoxsaylı texnologiyaların yaranması, o cümlədən bu sahədə süni intellektin getdikcə daha ciddi tətbiq edilməsidir.

Belə ki, iyunun əvvəlində «Uber»in marketinq üzrə direktor müavini Rebekka Messina işdən azad edilib. Bundan sonra ötən ay «Johnson & Johnson» şirkətində marketinq direktoru postu ləğv edilib. Nəhayət, ötən həftə «McDonald’s» elan edib ki, onun marketinq direktoru Silviya Laqnado şirkəti tərk edir və ona əvəz axtarılmayacaq.

Sözügedən şirkətlərdə bildirirlər ki, yeni əməkdaşların işə cəlb edilməkdən sə, onlar marketinq xidmətinin işini yenidən qurmağa hazırlaşırlar. Belə ki, Silviya Laqnadonun əvəzinə «McDonald’s» marketinq texnologiyaları üzrə vitse-prezident postu yaradıb, «Johnson & Johnson» bəyan edib ki, marketinq direktorunun vəzifələri şirkətin başqa əməkdaşları arasında bölünəcək. «Uber» isə ümumiyyətlə bildirib ki, şirkətin yeni strukturunda bu post artıqdır.

«Metaforce» konsaltinq şirkətinin rəhbəri Allen Adamson bildirir ki, şirkətlər marketinq şöbələrnin işinə yenidən baxmalı olacaqlar. Başqa şirkətlər də marketinq direktorlarının vəzifələrini parçalayacaqlar – «çünki bu işlə bir nəfərin məşğul olması real deyil».

«Qlobal brendi sosial şəbəkələrdə 24/7 rejimində idarə etmək ayda 5 marketinq direktorunu «işdə yandıra bilər»-deyə ekspent bildirib.

«MSQ Partners»in nümaynədəsi Piter Reyd isə bildirir ki, bu kadr dəyişiklikləri şirkətlərin marketinqdən ümumiyyətlə imtina etməsi anlamına gəlmir. «Sadəcə rəqəmsallaşma sürətlə getdiyinə görə, onlar özlərinin texniki, marketinq və müştəri fəaliyyətlərini vahid rəhbərlik altında birləşdirməyə və vahid strategiya yürütməyə çalışırlar».

Onun sözlərinə görə, iri şirkətlərdə marketinqin rolunun dəyişməsi reklam vasitələrində və müştərilərlə münasibətlərdəki nəhəng müxtəlifliyin nəticəsidir.

Qeyd edək ki, 2019-cu ilin ən aktual marketinq trendləri süni intellekt, marketinqin «Z nəslinə» ünvanlanması, personallaşdırılmış məlumatlar və müştəri yönümlü dizayndır.