Whatsapp messencerinin kompüter versiyasını hazırlanır

Date:

Paylaş:

Hal hazırda personal kompüterdə Whatsapp messencerindən istifadə etmək üçün bu messencerin veb versiyası ilə mobil versiyası arasında sinxronlaşdırmanı reallaşdırmaq lazımdır. Lakin bu halda smartfon sönülü olarsa, messencerin veb versiyası vasitəsilə mesaj göndərmək mümkün olmayacaq. Görünür, bu vəziyyət yaxın zamanda dəyişəcək.

Belə ki, WABetaInfo saytının verdiyi məlumata əsasən məşhur messencerin tərtibatçıları Whatsapp-dakı istifadəçi hesabının həm smartfonda həm də kompüterdə ayrı-ayrılıqda istifadəsi özəlliyini test edir. Bu barədə The Next Web saytına istinadən Gagadget saytı xəbər verib. Bu fuksiya messencerin Windows üçün olacaq versiyasında dəstəklənəcək. Başqa sözlə desək, tərtibatçılar Whatsapp-ın kompüter versiyasını hazırlayırlar. Bəzi məlumatlara əsasən messencerin bu versiyası ilin sonuna kimi təqdim olunacaq. Lakin messencerin iPadversiyası gecikir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...