Dünyanın ən zəngin avtomobil biznesmenlərinin adları açıqlanıb

Date:

Paylaş:

“Bloomberg” agentliyi avtomobil istehsalçıları və dilerlərinin səhmlərinə malik dünyanın ən zəngin insanlarının reytinq siyahısını hazırlayıb.

Siyahının birinci pilləsində “Microsoft”un təsisçisi Bill Qeyts qərarlaşıb. Belə ki, onun “AutoNation” avtodilerinin səhm paketinin dəyəri 914,55 mln dollar və ya 105 mlrd dollarlıq şəxsi sərvətinin 0,9 faizini təşkil edir.

Reytinqdə ikinci mövqe “Tesla Inc” səhmlərinin ikinci ən böyük sahibi, “Oracle”ın təsisçisi Larri Ellisona məxsusdur. O, 730,77 mln – 1 mlrd dollarlıq səhm paketinə malikdir ki, bu da Ellisonun 58,5 milyard dollarlıq varidatının 1,3%-i deməkdir.

Siyahıda üçüncü yerin sahibi “Tesla”nın baş direktoru İlon Maskdır. Onun səhmlərinin dəyəri 8,3 milyard dollara müvafiqdir (yaxud 22 milyard dollarlıq sərvətinin 36,9%-i).

Dördüncü pillədə inşaat maqnatı Pallonci Mistrinin adı çəkilir. O, hind avtomobil istehsalı şirkəti “Tata Motors Ltd”nin 302,7 milyon dollarlıq səhmlərinə (19,7 mlrd dollarlıq sərvətinin 1,5%-i) malikdir.

Siyahıda 5-ci yeri Suzanna Klatten tutub. Onun BMW-yə aid səhmlərinin dəyəri 8,76 mlrd dollardır (sərvətinin, demək olar, yarısı).

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...