Əsas səhifə Məqalələr Fərdi inkişaf Beyini aldatmaq üçün 6 üsul

Beyini aldatmaq üçün 6 üsul

71

1.Hansfeld Proseduru

Hansfeld Proseduru ilk dəfə 1930-cu ildə eksperimental psixologiya üçün təklif edilmiş yumşaq sensorlu illüziya texnikasıdır. Bu eksperiment üçün radionu xışıltıya quraşdırmaq, divana uzanmaq və pleykoplastırların köməyilə stolüstü tennis şarlarınının yarısını hər gözə bərkitmək lazımdır. Bir dəqiqə içində insan hallüsinasiyalar hiss etməyə başlayır, bəzi insanlar buludların üzərində qaçan atlar görürlər, bəziləri ölmüş qohumun səsini eşidirlər.
Bütün məsələ ondadır ki, bizim şüur hissiyyatlardan asılıdır və onlar az olanda beynimiz özü üçün nələrsə kəşf etməyə başlayır.

2.Ağrının azaldılması.

Əgər birdən nəsə zədə almısınız, ya da yaralanmısınızsa, binoklu tərsinə çevirin və zədəli hissəyə baxın. Ağrı azalmalıdır.
Oksford universitetindən olan alimlər təcrübədən keçiriblər ki, əgər yaralanmış ələ binoklun uzaqlıq göstərən sonundan baxsanız, bu vizual olaraq əlin ölçüsünü kiçildir, həmçinin ağrı və şişi də. Bu o deməkdir ki, ağrı kimi əsas hisslər də bizim görməyimizdən asılıdır.

3.Pinokkio illüzisayı

Bu təcrübə üçün iki stul və gözü bağlamaq üçün sarğı lazımdır. Sarğılı adam arxa oturacaqda oturur. Baxışlarını öndə oturana istiqamətləndirir. Sonra gözü bağlı olan şəxs əlini uzadaraq qarşıda oturanın burnuna toxundurur. Eyni zamanda o öz burnuna da toxunur və hər iki burnu biraz ovxalayır. Təxminən bir dəqiqədən sonra insanların 50%-i deyir ki, onların burunları uzanır.

4.Düşünməni aldatma.

Sağ ayağınızı yerdən bir neçə santimetr yuxarı qaldırın və onu saat əqrəbi istiqamətində hərəkət etdirməyə başlayın. Bunu etdiyiniz vaxt sağ əlinizin işarə barmağı ilə havada 6 yazmağa çalışın. Sizin ayağınız saat əqrəbinin əksi istiqamətində hərəkətə başlayacaq və siz buna qarşı çıxa bilməyəcəksiniz.
Beynin sol yarımkürəsi bədənin sağ tərəfini idarə edir və hərəkətlərin ritm və sinxronluğuna cavabdehdir. O, eyni vaxtda iki əks istiqamətli hərəkətlərin öhdəsindən gələ bilmir, ona görə də onların ikisini də bir istiqamətə yönləndirir.

5.Eşitməni aldatma.

Bunu üç nəfərlə həyata keçirmək lazımdır. Onlardan ikisi müşahidəçi, biri isə sınanılan olacaq. Sizə həmçinin iki tərəfdən iki plastik borucuğa bərkidilmiş qulaqcıqlar lazım olacaq. Sınanılan şəxsdən xahiş edin ki, hər iki müşahidəçinin arasından eyni məsafədə olan stulda əyləşsin. Hər iki müşahidəçi növbə ilə müvafiq tərəflərdən bu borucuqlara danışsınlar. Dinləyici bu halda səsin istiqamətini düzgün təyin edə bilir. Əgər borucuqların yerini dəyişsəz və danışsaz, dinləyici çaşacaq və səhv istiqamətləri göstərəcək.
Eşitmə lokalizasiyası – insanı səsin mənbəyinə yönləndirir. İnsanın eşitmə sistemi səsin mənbəyini təyin etmək üçün məhdud imkanlara malikdir və zaman ərzində səslərarası fərqə əsaslanır. Siz borucuqları dəyişəndə beynin əks tərəfindəki neyronlar hərəkətə başlayırlar və insan səsin mənbəyini təyin edə bilmir.

6.Rezin əl illüziyası.

10 ildən çox müddət əvvəl psixoloqlar rezin əlin insanın öz əli olduğuna inandıran illüziya aşkar ediblər. Bu təcrübə üçün rezin əl və şişirdilmiş rezin əlcək, karton parçası və iki fırça lazımdır. Rezin əli qarşınızdakı stolun üstünə qoyun, öz əlinizi isə kartonun altında gizlədin. Birindən xahiş edin ki, eyni vaxtda həm sizin əlinizi, həm də rezin əli kistlər vasitəsilə eyni hərəkəri edərək sığallasın.
Bir neçə dəqiqədən sonra sizdə belə bir oyanacaq ki, sanki rezin əl sizin bədəninizin hissəsidir. Əgər başqa birindən xahiş etsən ki, rezin ələ zərbə endirsin, siz ağrı və narahatlıq hiss keçirəcəksiniz. Beyin rezin əlin əsl əl olmasına inanıb.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here