Dünyanın ən yenilikçi ölkələrinin adları açıqlanıb

Date:

Paylaş:

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı 2019-cu ilə olan Beynəlxalq innovativ indeksi dərc edib. Orada 129 ölkənin yenilikçilik səviyyəsi qeyd olunub.

Reytinqdə biznesin inkişaf həddindən tutmuş yaradıcılıq fəaliyyəti məhsulları və təhsilə gedən xərclərin dərəcəsinə kimi müəyyən göstəricilər hesaba alınıb. İndeks göstərib ki,  qlobal iqtisadi böhrana baxmayaraq, yeniliklər inkişaf etməkdədir və bu sürətli inkişaf tempi ən çox da Asiyada müşahidə olunur.

Reytinqə artıq doqquzuncu dəfədir ki, ardıcıl olaraq İsveçrə başçılıq edir. O, 100 baldan 67-sini  toplayıb. İkinci yerdə isə İsveç gəlir. Keçən il ikinci yerdə olmuş Niderland isə dördüncü yerə düşüb. Üçüncü yeri 61,7 balla ABŞ tutub. Rusiya isə siyahıda 46-cı yerdədir.

Çin 2018-ci ildə 17 yerdə olub. Bu il isə o, 3 addım irəliləyib. Keçən il 57-ci yerdə olan Hindistan bu il 52-ci yerdə qərar tutub.

Hindistanın və Çinin keçən illə müqayisədə bu il əldə etdiyi proqres məqsədyönlü dövlət siyasətinin nəticəsidir.

Yerli münaqişələr və siyasi qeyri-stabillik səbəbindən bəzi ölkələrin yenilikçilər siyahısına düşmək imkanı olmur.

Bu il indeksdə son yerləri Nigeriya(18,13), Burundi(17,65) və Yəmən(14,49) tutub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...