Dünyanın ən effektiv rəhbərinin adı məlum oldu

Date:

Paylaş:

“NVIDIA” kompaniyasının həmtəsisçisi və baş direktoru 56 yaşlı Censen Huan “Harvard Business Review” jurnalının tərtib etdiyi ən effektiv rəhbərlər reytiqində birinci yerdə qərarlaşıb.

Ötən il Huan siyahıda ikinci yeri, ondan əvvəlki il isə üçüncü yeri tuturdu. Nəşr, xüsusi ilə, “NVIDIA”nın uğurlu olmasını qeyd edir. Belə ki, 2015-ci ildən 2018-ci ilədək kompaniyanın aksiyalarının qiyməti 14 dəfə artıb. Bugünkü gündə “NVIDIA”nın kapitalizasiyası 100 milyard dolları aşır.

İkinci yeri “Salesforce” kompaniyasının həmsəsiçisi və baş direktoru Mark Benioff, üçüncü yeri isə “Kering” qrupunun baş direktoru və direktorlar şurasının sədri Fransua-Anri Pino tutub.

İlk beşliyə “Texas Instruments”in prezidenti və baş direktoru Riçard Templton və “Iberdrola”nın baş direktoru İqnasio Qalan daxil olublar.

©Qafqazinfo

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...