Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Dünyanın ən zəngin adamı Yer kürəsinin xilasına $10 mlrd. ayıracaq

Dünyanın ən zəngin adamı Yer kürəsinin xilasına $10 mlrd. ayıracaq

22
Paylaş

Dünyanın ən varlı adamı olan Jeff Bezos xüsusi fond yaradıb. Bu fond Yer kürəsi üçün əsas təhlükə sayılan iqlim dəyişikliyi ilə mübarizəyə vəsait ayıracaq. Xatırladaq ki, bu məbləğ onun ümumi sərvətinin 8%-ni təşkil edir.

Qeyd edildiyi kimi, iqlim dəyişikliyi ilə “Bezos Earth Fund” məşğul olacaq.

“Mən 10 milyard dollar vəsait ayırıram və bu yay qrant ödəməyə başlayacağam. Yer kürəsi hamımıza məxsusdur və gəlin onu birlikdə qoruyaq”, – milyarder yazıb.

Amazonun təsisçisi fondun, bu problemlə üzərində çalışan elm adamlarına, fəallara, qeyri-hökumət təşkilatlarına pul ayıracağını qeyd edib.

Xatırladaq ki, “Forbes” un qiymətləndirmələrinə görə, Jeff Bezosun sərvəti 129,9 milyard dollar təşkil edir.