Yeni Zelandiyada süni intellektə malik polislər xidmətə başlayır

Date:

Paylaş:

Növbəti bazar ertəsindən yeni Zelandiyanın Vellinqton şəhərindəki milli polis qərargahında Ella adlı yeni əməkdaş ziyarətçiləri qəbul edəcək. O, “Intela AI” və “Soul Machines” yerli İT şirkətləri tərəfindən polis idarəsi üçün xüsusi olaraq hazırlanmış süni intellektdir. Ella bədənə malik deyil, küçələrdə patrul xidməti göstərə bilmir, amma öz həmsöhbətlərinə qarşı son dərəcə səbirli və mehribandır.

Növbəti 3 ay ərzində Ellanın bacarıqları real vaxt rejimində polis qərargahına gələnlər və əməkdaşlar üzərində sınaqdan keçiriləcək. Süni intellekt yalnız konsultant funksiyalarına malikdir, amma o, əlaqə qurduğu insanların davranışı haqqında statistika toplamalıdır. Bu, ona gələcəkdə həmin şəxslərlə daha yaxşı işləməyə imkan verəcək.

Ella ziyarətçilərlə yalnız sintezləşdirilmiş nitq vasitəsilə deyil, həm də mimika, bədən dili ilə birbaşa dialoq qurmaq qabiliyyətinə malikdir. O, əsas polis xidmətləri barədə konsultasiya verə, təcili yardım xidmətləri ilə əlaqə saxlaya bilər. Bundan başqa nəsə söyləmək istəyənləri sadəcə dinləyə bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...