Əsas səhifə Məqalələr Maraqlı Dünyanın ən şirin peşəsinə işçi axtarılır

Dünyanın ən şirin peşəsinə işçi axtarılır

1461

Məşhur şokolad istehsalçısı Mondelez International yeni bir iş vakansiyası üçün namizədlər axtardığını açıqlayıb.

Cadbury, Milks, Prince və Oreo kimi şokolad markalarına sahib olan Mondelez International şirkəti professional olaraq şokolad dadacaq bir işçi axtarır.

Müvəffəqiyyətli namizədlər yeni şokolad məhsullarını sınayacaq, inkişaf etdirilməsinə kömək edəcək və yeni məhsulların dünyaya yayılmasında rol oynayacaq.

Seçilən namizədin İngiltərənin Reading şəhərində Mondelez şirkəti binasında, Çərşənbə axşamı-Cümə axşamı günləri arasında yarım gün və 12: 15-14: 45 saatları arasında işləyəcəyi gözlənilir.

İş dünyasının sosial şəbəkə saytı Linkedində verilən elanda Mondelez International şirniyyatlarını sevən, dürüstcə fikirlərini açıqlayan və yeni yaradılan məhsulları sınamağa həvəsli bir işçi axtarıldığı açıqlanıb.

2 rəylər

Rəy bildir

Please enter your comment!
Please enter your name here