Əsas səhifə Biznes Dünyanın ilk bitcoin bankı açıldı

Dünyanın ilk bitcoin bankı açıldı

1219
Paylaş

Dəyəri getdikcə artan Bitcoin üçün artıq bir bank da mövcuddur.
Hazırda bitcoin bir çox ölkənin pul vahidindən daha qiymətlidir.

Avstriyanın paytaxtı Vyana artıq rəsmi olaraq insanların etibarlı və daha rahat şəkildə bitcoin alıb satmaları məqsədiylə qurulmuş dünyanın ilk bitcoin bankına ev sahibliyi edir.

Maraqlı ola bilər Bitcoin nədir?

Olduqca sadə bir şəkildə ‘Bitcoin-Bank’ olaraq adlandırılan bankdan Bit Trust adlı yerli bir şirkət məsuliyyət daşıyır. Müştərilər bitcoin və virtual ticarət mövzusunda bankdan istədikləri məlumatları əldə edə bilirlər.

Bank və bitcoin ilə əlaqədar məlumat verən Bit Trust direktoru Magdalena Isbrandt “daha sürətli və hər hansı bir vasitə olmadığı üçün rəqəmsal pul vahidləri ilə edilən əməliyyatlar, normal bank əməliyyatlarına görə daha üstün hesab edilir” söyləyib.

Bir bitcoin almaq üçün 27 ilə 34 arasında hərf və ədəddən ibarət olan rəqəmsal bir ünvana sahib olmağınız lazımdır.

Əməliyyatlardan istifadə edərkən bu virtual ünvanlar hər hansı bir yerə qeydə olmadığından etdiyiniz bütün əməliyyatlar anonim şəkildə görünür. Bu mövzuyla əlaqədar bəzi açıqlamalar verən Bitcoin Avstriya qrupundan Andreas Petersson bu cür açıqlama verib:

“Anonimlik rəqəmsal pul vahidi istifadə etməyin təqdim etdiyi ən böyük üstünlükdür. Online ticarət zamanı bitcoindən istifadə edən nə satıcı nə də əməliyyat etməyi təmin edən vasitə mənim kredit kartı hesabımın məlumatlarını əldə edə bilməz. Bu da mənə ciddi bir təhlükəsizlik təmin edir.”

İlk bitcoin aparatının üç il əvvəl qurulduğu Vyanada hazırda bitcoinlərin etibarlı olduğu 20-dən çox restoran və barlar mövcuddur. Ötən il ən yaxşı artımı göstərən pul vahidi olan Bitcoin bu il ərzində də dəyərini ciddi şəkildə artıracaq kimi görünür.

Bitcoin hesabı açmaq