Əsas səhifə Biznes sahələri Texnologiya Dünyada ən məşhur brauzeri məlum olub

Dünyada ən məşhur brauzeri məlum olub

143
Paylaş

Cari ilin aprel ayının yekununa görə, “Google Chrome” brauzerlər bazarında liderliyini saxlamağa davam edir. Bu haqda “Net Applications” şirkətinə istinadən “Regnum” agentliyi məlumat verib.

2019-cu ilin aprelində “Google” şirkətinin “Chrome” veb-brauzeri dünyadakı kompüterlərin 65,64%-nə quraşdırılıb. “Mozilla Firefox” brauzerinin bazar payı 10,23%, “Microsoft”un “Internet Explorer” və “Edge” brauzerlərinin payı isə müvafiq olaraq 8,44% və 5,53% təşkil edib.