“Lenovo” yeni noutbuklarını təqdim edəcək

Date:

Paylaş:

“Lenovo” şirkəti tezliklə yeni portativ kompüterlər seriyası təqdim edəcək.

Hazırda “Lenovo” noutbukları bir neçə əsas seriyadan ibarət olmaqla biznes istifadəçiləri üçün “ThinkPad” noutbukları, eləcə də adi istifadəçilər üçün “IdeaPad” və “Yoga” qurğularına bölünür.

Məlumata görə, yeni seriya portativ kompüterlər “ThinkBook” və ya “ThinkBook S” adlana bilər. Çin istehsalçısı artıq 13,3 və 14 düym diaqonallı modelləri nümayiş etdirib. Korpusu metaldan hazırlanan qurğuların “Full HD” formatlı ekrana malik qapağı 180 dərəcə açılır.

Bildirilir ki, noutbuklar “Whiskey Lake” (1,8-4,6 QHs takt tezlikli dördnüvəli Core i7-8565U çipi) nəsilli “Intel” prosessoru, 16 giqabayt operativ yaddaş və 512 giqabayt tutumlu quraşdırılmış yaddaş ilə təchiz edilib. Bundan əlavə, “AMD Radeon 540X” diskret qrafik sürətləndiricisinin quraşdırılması mümkündür.

Avropada may ərzində satışa çıxarılması gözlənilən “Lenovo ThinkBook S” noutbuklarının qiyməti 1000 avro təşkil edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...