Dünyaca məşhur Equinix data mərkəz operatoru Metronode şirkətini 800 milyon dollara satın alır

1
836

ABŞ-ın dünyanın ən böyük data mərkəz operatorlarından biri sayılan Equinix şirkəti Avstraliyanın kommersiya data mərkəz xidmətləri göstərən Metronode şirkətinin satın alınması ilə bağlı bu şirkətə təklif göndərmişdir. Tərəflər ilkin olaraq razılıq əldə etmişlər və bu sövdələşmənin qiyməti 1,035 milyion avstraliya dolları təşkil edir(791,2 milyon ABŞ dolları).

Equinix açıqlamasında Metronode şirkətinin əldə edilməsi ilə bağlı bu sövdələşməni 2018-ci ilin birinci yarısında bağlamağı planlaşdırır. Təbii ki, bunun üçün tənzimləyici orqanın bu məsələyə müsbət münasibət göstərməsi başlıca şərtdir.

Metronode şirkəti baş direktor Dayvid Yuilenin(David Yuile) bu şirkətin Equinixlə birləşməsinə qədər vəzifəsinin icrasını davam etdirəcəyini bildirmişdir. 2018-ci ildə Metronode şirkətinin Equinixlə birləşməsindən sonra Metronode üçün yeni strategiyanın işlənib hazırlanacağı bildirilir.

Metronode şirkətini satın aldıqdan sonra Equinix şirkəti Avstraliyada Global Switch, nextDC, Digital Realty provayderlərini geridə qoyaraq bu ölkənin ən böyük kommersiya data mərkəz xidmətləri göstərən provayderinə çevriləcəkdir.

Equinixin Mertode ilə rəsmi konsolidasiyasından sonra bu şirkətin Avstraliyada data mərkəzlərinin sayı 15-ə , Asiya-Sakit okean hövzəsində 40, bütün dünyada isə onun toplam olaraq sayı 200-ə çatacaqdır.

Frost&Syllivan analitiklərin verdiyi məlumata görə  Avstraliyada 2021-ci ilədək data mərkəz bazarının həcmi 2 milyard ABŞ dollarını aşacaqdır ki, bu bazarın illik artım tempi 13% təşkil edəcəkdir.

Sövdələşmədə Equinix şirkətinin maliyyə məsləhətçisi kimi JP Morgan bankı, hüquq məsləhətçisi kimi isə Allen&Overy şirkətləri seçilmişdir.

Qeyd edim ki, Equinix şirkəti Avropada yerləşən data mərkəzi vasitəsilə Azərbaycanın həm dövlət və özəl provayderləri ilə uzun illərdir ki, trafik mübadiləsi bazarında uğurlu əməkdaşlıq edir.

© Digitalazerbaijan.az

1 COMMENT