18-24 noyabr tarixlərində dünya üzrə World Barter Week aksiyası baş tutacaq. Bu kompaniya çərçivəsində istəyən hər kəs dünyanın müxtəlif ölkələrində pulsuz yaşayış yeri bron etmək imkanı əldə edəcək.
KİV-in məlumatına görə, otellər bunun qarşılığında həmin şəxslərdən müəyyən öhdəlikləri yerin yetirmələrini xahiş edəcəklər. Belə ki,bu il aksiyaya 64 ölkənin oteli qoşulacaq.
Noyabrda aksiyda ABŞ, Tayland, Tunis, Niderland, Portuqaliya, Fransa, İtaliya və Rusiya iştirak edəcək.
Noyabrın 18-dən 24-nə kimi turistlərə ödənişsiz otellərdə qalmaq imkanı yaradılacaq.
Turistlər onlara göstərilən pulsuz xidmətlər qarşılğında öz bacarıqları çərçivəsində otelin təqdim etdiyi siyahıdan müəyyən işlər icra edəcəklər.