Ən gec EMUI 10 Honor 9X və Honor 9X Pro üçün çıxacaq

Date:

Paylaş:

EMUI 10 ən gec Honor 9X və Honor 9X Pro üçün çıxacaq

Bu günlərdə Huawei, Huawei və Honor-un hansı modellərinin və nə zaman EMUI 10 yeniləməsini əldə edəcəyini açıq şəkildə göstərən şəkil yayımlayıb. Siyahıda 33 model qeyd olunub.

Bütün bu modellər EMUI 10-u ilin sonuna qədər alacaq, lakin yeniləmə statusu fərqli olacaq. Məsələn, P30 və P30 Pro, Mate 20, Mate 20 Pro, Mate 20 X (4G), Mate 20 RS və Mate 20 X (5G), Honor 20, Honor 20 Pro, Honor V20 və Honor Magic 2-də adi versiyadan (yəni son) bəhs edilir, amma məsələn, Nova 4e və Enjoy 9s noyabr ayının ortalarında EMUI 10-un yalnız ictimai beta versiyasını əldə edəcəklər.

Huawei Mate 10, Mate 10 Pro, Mate 10 Porsche Desing, Mate RS Porsche Design, P20 və P20 Pro üçün EMUI 10 ictimai beta versiyası noyabr ayının sonunda çıxacaq. Honor 9X və Honor 9 üçün EMUI 10 qapalı beta versiyası daha sonra – yalnız dekabr ayının ortalarında görünəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...