Prezident seçkilərini qazandıqdan sonra vəzifəyə başlamaq üçün hazırlıqlarını sürətlə davam etdirən Donald Trumpın prezident avtomobilində olan özəlliklərə baxaq.
Prezident avtomobili ABŞ–da The Beast kimi tanınır və özəllikləri ilə bir tank kimi möhkəm olduğu məlumdur. Əvvəlki Beastlərə görə yeni əlavə olunan özəllikləri ilə daha da güclənən avtomobildə prezident üçün hər şey düşünülüb.
Markası cadillac olan bu avtomobildə hücumlara qarşı bibər qazı başlıqları, pnevmatik silah, təcili vəziyyətlərdə istifadə edilməsi prezidentin qan qrupunu dəstəkləyən qan qrupu ehtiyatı var
Limuzinin qapıları və şüşələri də güllə keçirməz olaraq hazırlanıb və hər hansı bir kimyəvi və ya bioloji hücuma dayanması üçün düzəldilib. General Motorsun yeni hazırladığı prezident avtomobili 15 milyon dollara başa gəlib.
Obama, 2009-ci ildən bu yana vasitənin köhnə modelini istifadə edirdi.
Avtomobilin bütün detalları paylaşılmasa da yeni limuzində əlavə olaraq yollara yerləşdirilə biləcək bombalardan qorunmaq üçün altında zireh var.
Yeni ‘Beast’in istifadəyə verilməsiylə 2009-cu ildən bu yana Barak Obamanın istifadə etdiyi köhnə modelin isə prezident avtomobilləri muzeyinə qoyulacağı gözlənilir.