Youtubedan pul qazanmaq üçün yeni funksiya

Date:

Paylaş:

Dünyanın ən məşhur video paylaşım saytı olan Youtube kanal sahiblərinin diqqətini çəkmək istəyən izlyicilər üçün sevindirici yenilik gətirib. Super chat adlı özəllik ilə izləyicilər müəyyən məbləğ qarşılığında rəylərini önə çıxara biləcəklər.

Super Chat özəlliyindən istifadə edən istifadəçilər rəylərini söhbət əsnasında sabit tutacaq və rəngləndirə biləcəklər. Sabitləmə funksiyasından istifadə edənlərin rəyi 5 saata qədər yuxarıda qalacaq. Beləliklə bu funksiyadan istifadə edənlərin youtube fenomenlərindən cavab almaq ehtimalı da çox yüksək olacaq.

Bu ayın sonunda işə düşəcəkyoutubedan pul qazanmaq

Youtube bu yeni funksiyasını hələlik iHasCupquake, Great Library (buzzbean11) və Alex Wassabi kimi bir neçə youtuber ilə başladığını bildirir və bu ayın sonunda 20 fərqli ölkədən kanal sahiblərinin və 40 fərqli ölkədən izləyicilərin bu funksiyadan istifadə edəcəyini də əlavə edir.

Creator Hub, On the Rise, Youtube community kimi funskiyalarla professional kanal sahiblərinin məşhurlaşdırmağa çalışan Youtube, Super Chat ilə onların qazanclarını da artıracaq. Təbiiki hər şey izləyicilərin bu funksiyadan nə qədər istifadə edəcəyindən aslıdır.

Youtubeda kanal açaraq pul qazanmaq istəyənlər saytımızda olan Youtubedan pul qazanmaq adlı məqaləmizi oxuya bilərlər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...