Donald Trump kimdir?

Date:

Paylaş:

Donald Trump kimdir?

1945-ci il 14 iyun tarixində New Yorkda dünyaya gələn Donald Trump iş adamı, yazıçı, siyasətçi, televiziya aparıcısı, əmlakçı, aktyor, produser, investor və nəhayət 2017-ci il 20 yanvar tarixindən etibarən rəsmi olaraq ABŞ-ın prezidentidir. New Yorkda doğulan Trump Fred və Mary Macleod Trump cütlüyünün 5 uşağından biridir. Atası alman əsillidir və New Yorkda əmlak sektorunda böyük işlər görüb. Donald Trumpın əmlak sektoruna marağı da atasından gəlib.

Donald Trump haqqında əksər məlumatlarda onun uşaq xasiyyətli və ərköyün olduğu vurğulanır. Trump məktəbi yarıda buraxan insanlardandır. Lakin məktəbi yarıda qoyması onun təhsil həyatını sonlandırmayıb. Məktəbdən sonra dərhal New York Hərbi Akademiyasına daxil olub. Universitet təhsilini isə Pensilvaniyada Wharton institutunda alıb. Tələbəlik həyatı boyunca atasının daşınmaz əmlak işlərinə qarşı biganə qalmayan Trump həmin dövrdə qazandığı təcrübə ilə əmlak agenti olmağı bacarır.

Donald Trumpın iş həyatı

Əslində Donald Trump üçün görmədiyi iş qalmayıb desək doğru olar. Kitab yazıb, siyasətə girib, televiziya produseri olub, aktyorluq edib. İndi də Amerika Birləşmiş Ştatlarının prezidenti seçildi.

İş həyatında daha çox əmlakçı kimi tanınan Trumpın ikinci böyük uğuru New Yorkda çox münasib qiymətə aldığı pis vəziyyətdə bir oteldən möcüzələr yaradıb, böyük bir şəbəkəyə çevirməsi oldu. Bu proyekt onun məşhur olmasında bəlkə də ən böyük faktor oldu. Daha sonra hər il yeni binalar tikərək əmlak sektorunda işini böyütdü. New Yorkun əmlak kralı oldu və necə deyərlər şəhərin gürünüşü onun sayəsində dəyişdi. Əmlak sektoruna girdiyi 10 il olmuşdu ki artıq bir çox iş adamını geridə buraxaraq müvəffəqiyyət pillələrini bir-bir fəth etdi.

Daha sonra iflas etmək üzrə olan bir hava yolları şirkətini satın aldı. Həmin dövrdə “The Apprentice” adlı bir televiziya proqramı yaradaraq insanlara zəngin olmağın yollarını izah etdi. Ancaq bu verilişdə Trumpın immiqrantlara qarşı söylədiyi bir sözə görə veriliş tamamilə bağlandı. Sonra “Zəngin olmağınızı istəyirik” adlı kitab nəşr etdi və kitabda gənclərə zəngin olmağın yollarını göstərdi. 1990-ci ildə Tac Mahal Otel-Casinonu satın alıb qumarxana işinə də daxil oldu.

Donald Trumpın iş həyatı boyunca gördüyü layihələr aşağıdakılardır:

  • Fifth Avenue göydələni
  • Trump World Tower
  • Trump Tower
  • Park Avenue
  • United Nations Plaza
  • Trump International Hotel & Tower
  • Trump Park Avenue
  • Trump Place
  • Trump International Hotel & Tower Chicago
  • Trump National Golf Clubs
  • Trump Vineyard Estates
  • Trump Hollywood
  • Trump Ocean Club
  • Trump Grande
  • Trump Soho
  • Trump Parc Stamford

Donald Trumpın ailə həyatı

Donald Trump üç dəfə ailə həyatı qurub. Bu evliliklərindən üçü oğlan ikisi isə qız olmaqla cəmi 5 övladı dünyaya gəlib. İlk evliliyi 1977-ci ildə baş tutub. İlk evliliyindən 3 övladı olub. Xoşbəxt evliliyi 16 il sonra çox təəssüf ki sona çatıb. 2 il subay həyatı yaşayan Trump, sonradan televiziya aparıcısı Marla MAPLES ilə evləndi və bu evliliyindən də bir qız uşağı oldu. Ancaq bu evlilik çox uzun çəkmədi və 1996-ci ildə ayrılma qərarı aldılar.

Donald Trump son evliliyini isə 2005-ci ildə model və dizayner olan Melania Knauss ilə reallaşdırdı. Cütlüyün bu evliliyindən Barron adını verdikləri bir oğulları dünyaya gəldi.

Maraqlı ola bilər: Donald Trumpın sahib olduğu 5 möhtəşəm ev

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...