Əsas səhifə Biznes Dünya birjaları 1.2 trilyon dollar itirib

Dünya birjaları 1.2 trilyon dollar itirib

1058
Paylaş

Dünya birjalarının dəyəri 2016-cı ilin sonunda 2015-ci illə müqayisədə 1.8 faiz kiçilərək 66 trilyon dollar olub.

Dünya birjalar Federasiyasının (WFE) məlumatına görə, dünya birjalarının bazar dəyəri 2015-ci ilin sonunda 67 trilyon 105,6 milyard dollar olduğu halda bu rəqəm 2016-cı ilın dekabr sonunda 65 trilyon 914 milyard dollar olaraq qeyd edilib.

Bazar dəyərinə regioanl şəkildə baxsaq ən yaxşı nəticəni Amerika Birjaları göstərib.

Amerika birjalarının bazar dəyəri 2016-cı ildə 10,8 faizlik artımla 30 trilyon 989,9 milyard dollara qədər yüksəlib.

Dəyərini ən çox artıran və itirən birjalar…

Dünya birjaları arasında ötən il bazar dəyərini ən çox artıran birja Belarusiya oldu. Belarus birjasının bazar dəyəri 2016-cı ildə 1 milyard 238,8 milyon dolara çatdı. Belarusiyadan sonra ən çox artımı Moksva birjası göstərdi.

Ən çox geriləyən birja Nigeriya birjasıdır. Bir il ərzində 21 milyard dollar gerilədi. Nigeriyadan sonra ən çox bazar dəyərini itirən birjalar MisirUkrayna birjaları oldu.

Dünyanın ən böyük birjası New York!

Dünya birjaları arasında ən yüksək bazar dəyərinə sahib olan New York birjası ötən il də öz dəyərini qoruya bildi. 2016-cı ildə 2015-ci ilə nisbətən 2 trilyon dollar irəlilədi.