“Daha geniş bazara çıxış əldə edəcək və öz gəlirlərimizi artıra biləcəyik”

1
789
nərminə salayeva

Bakı şəhəri sakini Nərminə Salayeva dekorativ-tətbiqi sənətkarlıqla məşğuldur.

O, soyuq çinidən istifadə edərək, müxtəlif dekorativ güllər, səbətlər, fiqurlar, o cümlədən nağıl qəhrəmanlarının fiqurlarını hazırlayır:

“Bu işi gəlinimlə birgə edirik, müxtəlif rəsm əsərləri çəkir, gildən suvenirlər hazırlayırıq. Soyuq çinini əldə etmək üçün qarğıdalı kraxmalından istifadə edirik. Onun resepti bizim ailəmizin sirri kimi qorunur. Xammalın bir qismini özümüz hazırlayır, digər hissəsini isə alırıq”.

Nərminə Salayevanın sözlərinə görə, əl işlərində milli obrazları əks etdirməyə üstünlük verir:

“Məsələn, Tıq-tıq xanım, Məşədi İbad, Cırtdan kimi obrazlara önəm verirəm. Düşünürəm ki, hər birimiz milli mədəniyyətimizin inkişafına töhfəmizi verməliyik”.

Ailə biznesini genişləndirmək üçün “ABAD”a müraciət etdiyini qeyd edən sənətkar öz gözləntilərini də gizlətməyib:

“Azərbaycanda soyuq çini ilə məhsul hazırlayan yoxdur və bu işi ilk dəfə bizim ailə edib. Düşünürəm ki, “ABAD”ın dəstəyi sahəsində daha geniş bazara çıxış əldə edəcək və öz gəlirlərimizi artıra biləcəyik. Bu prosesdə bütün ailə üzvlərimizlə birgə iştirak edirik”.

Qeyd edək ki, sənətkar Nərminə Salayevanın əl işləri “ABAD” sərgi-satış mərkəzlərində təqdim olunur.

1 COMMENT