Financial Times yazır ki, Amerikanın “Coca-Cola” şirkəti ilə Çinin süd məhsulları istehsalçısı China Mengniu Dairy, Olimpiya oyunları təşkilatçıları ilə tarixin ən böyük sponsorluq müqavilələrindən birini imzalayıblar. Iki şirkətin qoyduğu ümumi məbləğ 3 milyard dollardır. Onlar 2021-2032-ci illər ərzində altı yay və qış oyununa rəsmi sponsorluq edəcəklər.
“Coca-Cola” artıq bir əsrdən çoxdur ki, Olimpiya oyunlarından demək olar ki, öz içkilərinin dünya bazarında dövriyyəsini tşkil etmək üçün istifadə edir. O, Beynəlxaql Olimpiya Komitəsinin (BOK) “spirtsiz içkilər” kateqoriyası üzrə ənənəvi tərəfdaşıdır.
China Mengniu Dairy Çində ən iri yoqurt istehsalçılarından biridir və rəqibi Yili ilə birgə Çinin süd məhsulları bazarının demək olar ki, yarısına nəzarət edir.Lakin şirkət Çin bazarında çətinliklər yaşadığına görə xarici bazara çıxmağa can atır. Həmçinin hazır uşaq qidaları istehsal bu şirkət, qəzetin, Goldman Sachs-a istinadən verdiyi xəbərə görə, gələn il doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq, hazır uşaq qidalarının satışı daha da azalacaq və buna görə də həll yolu olaraq şirkət xarici bazarda möhkəmlənmək qərarına gəlib. Bunun üçün məhsullarının ölkə xaricində dövriyyəsinə çoxlu yatırım etməyə də hazırdır.
Financial Times qeyd edir ki, bağlanmış müqavilə “ Beynəlxalq Olimpiya Komitəsinin Şərqə keçirilməsi” deməkdir: əvvəllər dünyanın əsas idman oyunları təşkilatçları qərb şirkətləri ilə sponsorluq müqavilələri bağlamağa cəhd edirdilər və bu da dünya ictimaiyyətində tənqidə səbəb olurdu. Nəşrdə göstərilir ki, BOK-un qiymətləndirməsinə görə 12 ən iri sponsor, 2014-cü ilin Soçi qış oyunları və 2016-cı ilin Rio-de-Janeyro yay oyunları üçün 1 milyard dollardan bir qədər çox gəliri təmin ediblər.