Bill Gates həyatının “ən böyük səhvi” haqqında danışdı

Date:

Paylaş:

Microsoft şirkətinin təsisçisi olan Bill Gates, həyatının “ən böyük səhvi” haqqında danışdı. Forbes jurnalının reytinqində ikinci yer tutan milyarder əmindir ki, Google mobil qurğular üçün iOS sisteminin alternativini yaratmalı idi.

Bill Gates ən məşhur milyarderlərdən biridir. O qeyd edir ki, proqram təminatı bazarında, əsas da mobil platformalarda, “qalib hər bir şey əldə edir”: bazara keyfiyyətli məhsul çıxarmış şirkət liderə çevrilir. Milyarderin fikrincə, dünyada Apple ilə rəqabət apara biləcək yalnız bir şirkət var. “Əgər siz tətbiqlərin yarısına və ya yalnız 90%-na sahibsinizsə – siz məğlubiyyətə aparan yoldasınız”, – Gates hesab edir. “Mənim ən böyük səhvim – pis idarəçilikdi, hansıki Microsoft şirkətinə Android-ə çatmağa imkan vermədi”. Onun fikrincə, Microsoft-un liderə çevrilməsi “təbii hal” idi. Bu nəyin bahasına gəlib çıxır? G şirkətindən M şirkətinə keçən 400 milyard dollara.

“Mən gecələr və gündüzlər proqramlaşdırma ilə məşğul olurdum” Bill Gates-in biznes qaydaları

2000-ci ildə Microsoft şirkəti Windows Mobile adlı mobil əməliyyat sistemini inkişaf elətdirirdi. 2010-cu ildə bu sistemi Windows Phone platforması əvəz etdi, 10-cu versiya çıxanda Mobile sözü yenidən geri qaytarıldı. Bu sistem mobil platformalar arasında populyarlığına görə üçüncü yerdə olsa da, iOSAndroid-dən əhəmiyyətli dərəcədə geri qalırdı. Belə ki, rəqiblərin çeşidləri daha geniş idi. Əldə olan tətbiqlər kifayət qədər gec yenilənirdi, nəticədə 2018-ci ildə Microsoft əməliyyat sisteminin inkişafını dayandırmaq qərarına gəlir.

Gates-in sözlərinə görə, proqram təminatı bazarında olan kiçik fərqlər,  böyük əhəmiyyət kəsb edirlər. “Ona görə də siz hər axşam düşünürsünüz: Bəs məğlub olsam necə? Və nəticədə biz çox əhəmiyyətli bir şeydə məğlub olduq”.

Öz çıxışını davam etdirən Gates qeyd etdi: səhvlərə və hökumət ilə olan problemlərə baxmayaraq, Microsoft-un məhsullarına hələ də böyük dəyər verirlər. “Biz lider şirkətlərdən biriyik. Əgər bunu düzgün yolla etsəydik, mütləq lider olardıq. Eybi yoxdur”, – deyə milyarder yekunlaşdırdı.

Milyarder-botanik. Bill Gates-in müvəffəqiyyət tarixi

Gates əlavə olaraq qeyd etdi ki, proqram təminatı bazarında olan sərt rəqabət, burada işləyən şirkətlərdən böyük qurbanlar tələb edir – istirahət günlərindən və tətildən imtina. Gates cavan yaslarında istirahətə o qədərdə böyük əhəmiyyət vermədiyini əvvəllərdə bildirmişdir. İllər sonra biznesmenin mövqeyi dəyişdimi? “Bu doğrudur, mən istirahətlərə inanmırdım, məzuniyyətə də inanmırdım. Mən əməkdaşlarımın sürdüyü avtomobillərin nömrələrini əzbər bilirdim və onların saat neçədə gəlib-getdiyini asanlıqla deyə bilərdim”,- deyə Gates bildirib. Milyarder qeyd etdi ki, otuz yaşına yaxın o istirahət günlərini sevməyə başladı.

Bill Gates-in sözlərinə görə, indi o çox istirahət edir. İlk başlarda şirkətdə maraqlı olan, ona can yandıran komanda yığmaq çox vacibdir. “Sağlamlıqla problemləri olan insanlar və ya onların fikirlərini yayındıran qohumları olan insnalar olacaq. Həmin dövrdə mən əmin idim: əgər hər hansısa mühəndis işlərini aparmaq istəyirsinizsə, daha böyük qurbanlara ehtiyac var, əsas da cavan yaşlarda”, – deyə biznesmen fikrini tamamlayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...