“Coca-Cola Company” 2020-c ilin martında yeni “Aha” qazlı içkilər seriyasını təqdim etmək planı barədə xəbər verib.
Bu yeni brendin yaranması “Coca-Cola” üçün son 12 ildə bir ilkdir. Şirkət, təravətləndirici məmnunluğa malik olduqları üçün belə məhsulların təkcə onları sevənlərin deyil ondan istifadə etməyənlərin də diqqətini çəkəcəyini gözləyir.
“Aha” brendi adı altında 8 müxtəlif içki buraxılacaq və onların hər biri iki dadda təqdim ediləcək. Bu, müxtəlif kombinasiyalar şəklində olacaq. Yeni məhsullar ancaq alüminium qablarda, plastik bağlamadan istifadə edilmədən istehsal olunacaqlar.
“Coca-Cola”-dan bildirirlər ki, yeni məhsullar üçün yekun dad seçimindən qabaq təxminən 800 variant sınaqdan keçirilib və nəticədə final siyahıya 50 kombinasiya düşüb. Onlardan da 8 ən yaxşısı seçilib. Yeni brendin yaradılmasına və buraxılmasına şirkət təxminən yarım il vaxt sərf edib. Yeni məhsullar hesabına şirkət sürətlə inkişaf edən dad qatqılı qazlı içkilər seqmentində satışı iki dəfə artıracağını hesaba alıb.