Amazonla texnologiya nəhəngləri arasında hökmünü davam etdirən Ceff Bezos elektron ticarətə kitab sataraq başlamışdı. İnternet ticarətində inqilab edən amazon gündən-günə böyüyərək gəldiyi hazırki səviyyədə dünyanın ən böyük şirkətləri ilə təqabət aparır.
Ceff Bezos kimdir?
1964-ci ildə Amerikanın Albuquerque şəhərində doğulan Ceff Bezos uşaqlığından bəri kompüterlərə və yeni inkişaf edən texnologiyalara maraq duyurdu. Uşaq vaxtı müəlliminə “İnsanların gələcəyi bu dünyada olmayacaq” deyən Bezos o yaşlardan etibarən kosmos mütəxəssisi olmaq istəyirdi.
Sonralar xəyalını reallaşdırıb kosmos araşdırmaları şirkəti Blue Origini qurmazdan əvvəl Princeton Universitetinə girib və kompüter mühəndisliyi fakültəsini bitirmişdi. Məzun olduqdan sonra Intel və Bell Labs kimi şirkətlərdən təklif alsa da FITEL adındakı bir startuptda işə başladı.
İnternetin sehrinə qapıldı
Ceff Bezos Blue Origin adlı kosmos araşdırma şirkətini satın alaraq uşaqlıq xəyallarını da reallaşdırmış oldu.
O, bir müddət daha fərqli şirkətlərdə işlərini davam etdirdikdən sonra David E. Shaw’ın şirkətində dörd il qədər çalışıb rəhbər müavinliyinə qədər yüksəldi. İnternetin sürətlə inkişaf etdiyini müşahidə edib bir şeylər etmək lazım olduğunu görən qabaqcıl insanlardan biri olan Bezos öz şirkətini qurmaq istədiyini söyləyərək buradan istefa etdi.
1994-ci ildə internetin bir il ərzində 23 dəfə böyüdüyünü öyrənən Ceff Bezos bu nisbəti eşidəndə qətiyyətlə bu sürətli böyümənin içində yer almağa qərar verdi. Satıla biləcək 20-ə yaxın məhsulun siyahısını yazaraq kateqoriyalar halına gətirdi və bu məhsulları bir-bir sildikdən sonra ən uyğun variantın kitab olacağını düşündü.
Amazon iclaslarını kitabxanada həyata keçirirdi
Bezos Amazon.com saytını öz evinin qarajında qurdu. Saytın adını amazon seçməsinin səbəbi isə bir gün amazon çayı kimi nəhəng və bərəkətli olacağna ümid etməsi idi. İclasların çoxunu da məhəlləsindəki Barnes & Noble adındakı kitabxanada həyata keçirirdi. İnternetə daxil olmağının ilk ayında amazon 50 əyalətdən və 45 fərqli ölkədən insanlara kitab satmağı bacarmışdı və bu sürətlə böyüməyə şərait yaratdı. 1997-ci ildə birjaya daxil olanda bir çox bazar analistini düşündürən bir mövqedə iştirak etsə də göstərdiyi performans və e-ticarətdəki müvəffəqiyyətiylə iki il içərisində digər bütün rəqiblərini geridə buraxaraq bu sahədə liderliyə yüksəldi.
Ceff Bezos 1998-ci ildə Google-a ilk investisiya edənlərdən biri idi. Google onun 250 min dollarlıq sərmayəsini 2004-ci ildə birjaya daxil olanda 3.3 milyon dollara qədər qaldırmışdı.
Amazon dünya nəhəngi olur
Bezos daha sonra Amazonda satışa təqdim edilən məhsulların siyahısını genişləndirməyə qərar verdi və disklərdən videolara qədər bir çox məhsul 1998-ci ildə istifadəçilərə təqdim edildi. Uğurlarına davam edən Amazon müqavilələrlə geyim, elektronika, oyuncaq və daha bir çox sektorun məhsullarını saytına daxil etdi. Elektron ticarət saytlarının gedərək azalıb iflas etdiyi dövrdə, Amazon ayaqda qalmağı bacardı və 1995–ci ildə 510 min dollarlıq gəlirini 2011-ci ildə 17 milyard dollara qədər qaldırdı.
Amazon kitabla başladığı online satışlarını daha sonra geyim və elektron sektorlarıyla birləşdirdi.
Ceff Bezosun Amazonda işçilərinə tətbiq etdiyi maraqlı bir üsul isə PowerPoint təqdimatlarını ləğv etməsi idi. Onun əvəzinə etmək istədiklərini altı səhifəlik təkliflər halına gətirərək tənqidi düşüncə gücünü artırmağı hədəfləyirdi.
Amazon.com 2007-ci ildə rəqəmsal kitab oxuma cihazını bazara çıxardı. Bezos Blue Origin adındakı kosmos araşdırma şirkətinə investisiya etdiyini də bildirdi. 2013-ci ildə The Washing Postu 250 milyon dollara satın alan Bezosun bu gün dəqiq sərvətinin 57 milyard dollar olduğu bildirilir.