Jack Ma haqqında. Alibaba necə yarandı?

Date:

Paylaş:

Jack Ma kimdir?

1964-ci ildə Çinin Hangzhou şəhərində sənətçi ailəsində doğulan Ma Youn həyatı boyunca bir çox imtahanda müvəffəqiyyətsiz olur. İbtidai məktəbdə, Orta məktəbdə, universitetdə çoxu zaman imtahanları keçə bilmir, bir çox iş müraciətində rədd edilir. Amma bu maraqlı adam qorxmadan davamlı edir və sonda dünyanın ən böyük e-ticarət saytı olan Alibabanı qurur. Üstəlik ilk zamanlarda maliyyə tapmaqda çətinlik çəkdiyi, çox insanın inanmadığı bu şirkət ötən il Amerikada birjaya açıldı. Bundan sonra Çinin ən zəngin, dünyanın isə ən zəngin 18-ci insanı oldu. Ma Youn ya da bir çoxlarının tanıdığı adıyla Jack MAnın olduqca maraqlı bir hekayəsi var. Jack MAnın həyatının bu nöqtəyə gəlməsində ölkəsinə gələn turistlərin çox böyük bir əhəmiyyəti var.

Uğursuzluqları orta məktəbdən başlayır.

Jack Ma hələ ibtidai məktəb imtahanlarında 2 dəfə, orta məktəb imtahanında isə 3 dəfə müvəffəqiyyətsiz olur. Universitet imtahanlarında isə 2 dəfə müvəffəqiyyətsiz olduqdan sonra 3. cəhdində İngilis dili müəllimliyi fakültəsinə girməyi bacarır.
Məktəbdəki uğursuzluqlar iş həyatında da yaxasını buraxmır. Universitet imtahanı ilə boğuşduğu o illərdə 30 dəfə iş müraciətindən rədd cavabı alır. Polis olmaq üçün müraciət edir. 5 adamın müraciət etdiyi vakansiyaya 4 nəfəri götürürlər, Jack Ma qıraqda qalır. KFC Çin bazarına girdiyi vaxtlarda iş üçün 25 nəfər müraciət edir. Bunlardan biri də Jack Ma. 24 nəfər işə götürülür, Jack Ma yenə rədd edilir. Bundan başqa həyatı boyunca 10 dəfə Harvard Universitetinə müraciət edir. 10 dəfə də rədd edilir. Alibaba.comu qurduqdan sonra da bir çox Çinli bank, investor ona maliyyə yardımı etməyi qəbul etmir. Bütün yaşadıqlarına baxmayaraq qorxmayan Jack Ma bunu normal qarşılayır.

Turistlər onun həyatını dəyişir.

Bəs Jack Manın bu uğurunun arxasında nə dayanır? Turizm onun həyatını necə dəyişdirdi? 1972-ci ildə Amerika prezidenti Richard Nixon Çinə ziyarət edən zaman Hangzhou şəhərini də ziyarət edir. Onun şəhərə gəlməyi ilə Hangzouya turist axını olur. Həmin vaxt uşaq yaşlarından ingilis dilinə heyran olan Jack Manın şəhərdə ingiliscə öyrənəbiləcəyi heç bir yer yox idi. Nə bir məktəb nə də ingilis dilində bir kitab. O da ingilis dili öyrənməyin bir yolunu tapır. O vaxtlar şəhərdə xarici turistlərin qaldığı bir otel var idi: Hangzhou Hotel. Düz 9 il hər səhər bu otelə gedib turistlərə pulsuz bələdçilik edir və qarşılığında da onlar Jack Maya ingilis dilini öyrədirlər.

İnternetlə ilk qarşılaşması

Jack Manın həyatında digər önəmli hadisə də Amerikaya səfər edən zaman baş verir. 1995-ci ildə ilk dəfə Amerikaya gedir. Burada Seattleda ilk dəfə internetlə tanış olur. Dostu “Bax bu internetdir” deyəndə birinci söhbətin nədən getdiyini başa düşmür. Bundan sonra dostu gəl burada nə istəyirsənsə axtar. Əvvəl Jack komputerə toxunmaq istəmir. “Komputer Çində çox bahalıydı toxunub xarab etsəm pulunu ödəyə bilməzdim” deyir. Amma sonra razılaşır və ilk axtardığı söz “pivə” olur. Qarşısına bir çox ölkədən pivə çıxır amma Çindən çıxmır. Sonra “Çin” sözünü axtarır yenə heç bir şey çıxmır. Bundan sonra internetdə Çini tanıtmaq üçün bir şeylər etmək fikrinə düşür.

Yaratdığı e-ticarət saytına Alibaba adını qoymağının səbəbi isə bu adın qlobal bir ad olması və A hərfi ilə başlamasından irəli gəlir. A hərfi axtarış sistemlərində ilk sırada çıxmaqlarına kömək edə bilərdi.

Jack Ma 18 nəfərlik işçi heyəti ilə Alibaba.comu istifadəyə versə də ilk 3 il ərzində saytdan heç bir gəlir götürə bilmir. Bu gün isə saytın 800 milyon istifadəçisi var və hər gün 100 milyon insan saytı ziyarət edir. Jack Ma isə alibaba sayəsində dünyanın ən zəngin insanları arasında qərar tutub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...