Əsas səhifə Xəbərlər Xarici xəbərlər Ceff Bezosdan boşanaraq 39 milyard dollar sərvətə yiyələnən Makkenzi Bezos Türkiyədə dincəlir

Ceff Bezosdan boşanaraq 39 milyard dollar sərvətə yiyələnən Makkenzi Bezos Türkiyədə dincəlir

96
Paylaş

“Amazon” şirkətinin sahibi Ceff Bezosdan boşanaraq 39 milyard dollar sərvətə yiyələnən Makkenzi Bezos Türkiyədə dincəlir.

“Hurriyet”in verdiyi xəbərə görə, Makkenzi Bodrumda eks-ərinə məxsus “Flying Fox” lüks yaxtasında ailə üzvləri və dostları ilə birlikdə görüntülənib.

Xatırladaq ki, 25 il evli qalan cütlük bu il iyulun 5-də rəsmən boşanıb. Sənədə əsasən, Makkenzi Bezos “Amazon”da 19,7 milyard dollar (4 fazi) dəyərində səhmin sahibi olub. Bu səhmin bazar dəyəri 39 milyard dollar təşkil edir. Bununla da o, “Bloomberg”in milyarderlər siyahısında 22-ci yerdə qərarlaşıb.