Ən zəngin məzunları olan universitetlər bəlli olub

Date:

Paylaş:

Məzunlarının 30 milyon ABŞ dollarından çox varidatı olan ali məktəblər arasında dünyada birinci yeri Harvard Universiteti tutur.

“Wealth-X” beynəlxalq məsləhətçi araşdırma qurumunun dərc etdiyi reytinqə görə, ABŞ-ın hələ 1636-cı ildə təsis edilmiş ən qədim və nüfuzlu ali təhsil ocağının məzunları arasında “fövqəlzəngin” (UHNW – Ultra High Net Worth) zümrəyə aid və məcmu varidatı 1,9 trilyon dollar olan 1830 nəfər var.

Sonrakı yerləri Kaliforniyadakı Stanford Universiteti (775 nəfər, 1,1 trilyon dollar) və Pansilvaniya Universiteti (744 nəfər, 731 milyard dollar), Kolumbiya Universiteti (516 nəfər, 621 milyard dollar), Nyu-York Universiteti (456 nəfər, 279 milyard dollar) tutur.

Bütövlükdə, reytinqdəki 20 universitetin 17-si ABŞ-da yerləşir. Qeyri-ABŞ ali məktəblərindən Kembric Universiteti (259 nəfər, 115 milyard dollar) yeddinci, Oksford Universiteti (128 nəfər, 120 milyard dollar) 13-cü, İNSEAD (174 nəfər, 107 milyard dollar) 19-cu yerdə qərarlaşıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...