Cavid Kərimov: “Ən yüksək məbləği “Bravo” market istəyir”

Date:

Paylaş:

Azərbaycanda iri marketlər şəbəkəsi burada satışa çıxarılan istənilən məhsulun sistemə daxil edilməsi üçün iş adamlarından böyük məbləğdə pullar tələb edirlər.

Bunu «Mister B» bal istehsalçısı şirkətinin rəhbəri Cavid Kərimov bildirib.

Onun sözlərinə görə, məhsulun yalnız market sistemindəki satışda olan malların siyahısına daxil edilməsi – yəni bar kod  alması üçün böyük məbləğlər tələb edilir. «Barkod üçün ödəniş sistemdə məhsulu tanıtmaq üçün istənilir. Məhsulun yerləşdiyi rəflər üçün icarə haqqı isə ayrıca hesablanır».

İş adamı bildirir ki, müxtəlif marketlərin bu xidmətə görə tələb etdiyi məbləğ fərqlidir. Ən yüksək məbləği «Bravo» market tələb edir. «Qaydalara görə, hər barkoda görə, 500 manat ödənməlidir və bu qiymətə ƏDV daxil deyil»-deyə C.Kərimov bildirib.

İş adamı bildirir ki, söhbət təkcə bir məhsuldan getmir: «Bir marketdə təmsil olunmaq üçün minimum 10-15 məhsul çıxarmaq lazımdır. Bunların hər biri üçün də barkod almaq lazımdır». Başqa sözlə, 10 adda məhsulun marketdə təkcə satışa çıxarılması üçün bir neçə min manat tələb olunur.

İş adamı bildirir ki, «barkod» haqqı «Bazar Store»də 200-300 manat arasında dəyişir, «Araz» marketdə isə vaxtilə 100-150 manat olub. İndi onlar da qiymətləri qaldırıblar. Hazırda «Araz» marketdə də barkod qiyməti demək olar «Bravo» ilə eynidir». -deyə Cavid Kərimov bildirib.

İş adamının sözlərinə görə, bu tələblər zamanı mal satıcısının böyük və ya kiçik olmasına, yerli və xarici istehsalçı olmasına fərq qoyulmur. Nəticədə xüsusilə yerli kiçik istehsalçılar əlavə xərcə düşürlər və bu xərclər satılan məhsulun üzərinə əlavə edilir, yerli məhsullar xaricdəki daha ucuz analoqlarına uduzurlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...