Vergilər Nazirliyi şadlıq evlərinin vergidən yayınma məsələsi ilə bağlı açıqlama verib

Date:

Paylaş:

Vergilər Nazirliyi şadlıq evlərinin vergidən yayınması ilə bağlı yeni üsul tapması barədə məlumatlara aydınlıq gətirib.

Yayılan məlumatlara görə, Vergi Məcəlləsinə son dəyişikliklərdən sonra şadlıq evləri ödədikləri vergini azaltmaq üçün qanunvericilikdəki yeni imkandan istifadə edirlər.

Belə ki, şadlıq evinin sahibi, obyekti, burada məclis keçirmək istəyən şəxsə bir günlük icarəyə verir (icarə haqqını şadlıq evi müəyyən edir və bu istənilən məbləğ də ola bilər). Bundan başqa, qanuna görə, xidməti personalı (ofisiant və aşpazları) da məclis sahibi cəlb eləməlidir. Belə də olur və toy sahibləri adətən elə şadlıq evinin işçilərini bir günlük olmaqla işə cəlb edirlər. Toy sahibləri adətən vergi ödəyicisi olmurlar, birgünlük toya görə də VÖEN açmaq lazım deyil, onu görə də onlardan vergi tutulmur. Burada yeganə tələb cəlb edilən işçilərin sabit ödəmə qəbzi təqdim etmələridir. Bu da çətin deyil, çünki qanunvericiliyə əsasən həmin şəxslər (ofisiantlar) ayda cəmi 20 manat vergi ödəsələr kifayətdir.

Nəticədə şadlıq evi tərəfindən vergi yalnız toy sahibindən alınan icarə haqqına görə tutula bilər.

Başqa sözlə, düzgün sənədləşdirmə baş versə, şadlıq evində keçirilən toy məclisinə görə, o qədər də böyük olmayan məbləğdə vergi ödənilməlidir (o da şadlıq evinin icarəyə verilməsindən).

Vergilər Nazirliyi şadlıq evləri ilə bağlı yaranmış bu vəziyyətə aydınlıq gəirib. Nazirliyin Vergi Siyasəti Baş İdarəsinin şöbə rəisi Rəşad Nuriyev bildirib ki, mövcud qanunvericiliyə əsasən, şadlıq evinin icarəyə verilməsi, o cümlədən bir günlüyə icarə verilməsi qanun pozuntusu sayılmır və buna görə maliyyə sanksiyası nəzərdə tutulmur: «Ola bilər şəxs şadlıq evini icarəyə versin, bu zaman icarəyə verən tərəfə maliyyə sanksiyasını tətbiq etmək nəzərdə tutulmur».

R.Nuriyevin sözlərinə görə, bu vəziyyətdə əsas tələb şadlıq evində çalışan personala aiddir, yəni onların sabit ödəmə qəbzinin təqdim edilməsidir – bu da Bakıda çalışan işçilər üçün ayda 20 manat sabit vergi deməkdir. «Əlbəttə bu tələb pozularsa, əvvəlcə həmin məbləğin 40%-i, ikinci dəfə isə 100%-i qədər cərimə nəzərdə tutulub».

Amma əgər bu tələblər pozulmasa, heç bir prblem yoxdur və yuxarıda göstərilən qaydada ödənişlər həyatm keçirilər və bu vergi baxımdan pozuntu sayılmayacaq: «Bu zaman heç bir problem yoxdur, əsas diqqət yetirilən məsələ, xidmət göstərən həxslərin yəni ofisiantların və digərlərinin sabit qəbz təqdim etməsidir. Burada əsas məqsəd bu sahədə səmərəli vergi mexanizminin qurulmasıdır».

Bu vəziyyətin şadlıq evlərinin daha kiçik məbləğdə vergi ödəməsinə şərait yaratmasına gəlincə, nazirlik rəsmisi bildirib ki, əgər qanunvericiliyin tələblərinə əməl olunsa, əlavə maliyyə itkisinə məruz qalmayacaqlar, çünki vergilər nazirliyinin siyasəti cəza siyasəti deyil, əsas odur ki, qanuna əməl olunsun».

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...