Əsas səhifə Məqalələr Maraqlı Gündə 5 litr kola içən, bir qədər xəsis milyarder

Gündə 5 litr kola içən, bir qədər xəsis milyarder

971
Paylaş

Dünyaca məşhur investor Uorren Buffett ofisinə necə gedir, gün ərzində nələr edir?

-Milyarder sərmayəçi Uorren Buffett (Warren Buffett ) smartfon istifadə etmir, köhnə model qapaqlı sadə telefonlara üstünlük verir.

-Hər kəs kənar durmasına baxmayaraq “Snapchat”in ən böyük investorlarından biri də Buffett-dir.

-Texnologiyadan çox az istifadə edən Uorren Buffett-ın ofisində kompüter də yoxdur, hətta istifadə etmir də. Həyatında bir dəfə mail göndərmişdir.

-Buffett, kitab və müxtəlif məqalələr oxuduğunu deyir. Öz təbirilə, gününün 80%-ni ofisində oturub kitab oxumaqla keçirir.

-Məşhur milyarderin əl çəkmədiyi vərdişlərindən biri də kola içməkdir. “Gündə 2700 kalori alıramsa bunun dörddə biri Coca Cola-dan. Hər gün ən az 5 şüşə kola içirəm”, deyib.

-2013-ci ildə gündə orta hesabla 37 milyon dollar gəliri olan Buffett rekorda da imza atmışdır. O ilin ən çox qazanan aktyoru Jennifer Lawrence-ın illik gəlir cəmi 34 milyon dollar idi.

-Buffett bir ölkə olsa 80 milyard dolları aşan ümumi sərvətilə 140-dan çox ölkəni geridə qoyur.

-Buffett xəsis bir xarakterdir. Belə ki, fürsət tapanda ictimai nəqliyyatdan belə  istifadə edir.

-Digər tərəfdən, milyarder xərcləməkdə xəsis olsa da, verərkən səxavətlidir. Bill Qeyts ilə birlikdə 2010-ci ildə yaratdıqları “Giving Pledge” adlı təşkilatla bütün zənginləri sərvətlərini bağışlamağa çalışırlar.

-Uorren Buffett bu ana qədər qarşılıq gözləmədən təxminən 30 milyard dollar ianə verib.

Uorren Buffett 30 Avqustda 87 yaşına girib. O, sərvətinin 99%-mi 50 yaşından sonra qazanıb.