Küveytdə pullar azı dörd həftə karantində saxlanılacaq.
Bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.
Bu, koronavirusun ötürülməsinin qarşısını almaq məqsədi daşıyır.
Bundan əlavə, qeyd olunur ki, Küveytin Mərkəzi Bankı həm bank əməkdaşlarının, həm də əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə əskinasların saxlanılma yerini, hesablama, çeşidləmə və qəbul qurğularını daim sterilizə edir.