Əsas səhifə Məqalələr Maraqlı Bu loqoların mənasını anlamaq üçün bir neçə dəfə baxmaq lazımdır

Bu loqoların mənasını anlamaq üçün bir neçə dəfə baxmaq lazımdır

2402
Paylaş

1-Spartan Qolf Klubu

Spartan Golf Klubunun loqosu çox bacarıqlı bir dizayner tərəfindən yaradılıb. İlk baxdığınızda əlində qolf çubuğuyla bir oyunçu görülür. Ancaq diqqətli baxdıqda bu loqonun 2-ci bir görünüşü olduğu grünür. Yan profildən başına dəbilqə taxmış Spartalı bir əsgər loqonun ikinci görünüşünü yaradır.

2-Yoqa Avstraliya

Bu loqoya ilk dəfə baxıldığında adi bir loqo kimi görünür. Ancaq diqqətli baxdıqda yoqa edən qadının sol ayağını əliylə tutduğu boşluğun Avstraliya xəritəsi şəklində olduğu görülür.

3-Flight Finder

Flight Finder ən böyük bilet satan şirkətlərdən biridir. Yenə ilk baxışda aldadıcı bir görüntü mövcuddur. Bir kafel şəklinin içində təyyarə fiquru görülür. Ancaq bu boşluğu bir y oxu kimi düşündüyümüzdə əslində iki “F” hərfinin yəni şirkət adının baş hərflərinin simmetrik olaraq dayandığını görürük.

4-Coffee Night

Coffe Nightin loqosuna baxıldığında çoxumuz bir stəkan qəhvə görür. Ancaq Logoda bu qəhvənin gecə qəhvəsi olduğu mesajı var. Qəhvənin üzərindəki aypara şəklindəki köpükləri gördünüz?

5-Magic Coffee

Magic Coffeenin loqosu da adı kimi sehrli olduğu mesajını verir. İlk baxıldığında bir qəhvə fincanı kimi görünən loqo, uzaqdan baxıldığında bir illüzyonist şapkasını xatırladır.

6-BarCode

BarCode New Yorkun ən məşhur məkanlarından biri. Məkanın loqosu barkod naxışı daşıyan bir pivə stəkanı olaraq hazırlanmışdır.

7-Bearhanded

“Bear (ayı)” və “hand (əl)” sözünün birləşməsi ilə yaranan markanın adı loqosuna əks olunub. İlk baxdığımızda bir ayı görürük ancaq ayının 4 ayağı eynilə bir əl şəklindədir.

8-Toblerone

 

Loqodakı dağ şokolad parçaları şəklindədir, ancaq ortasında ağ bir ayı var.

9-Newcastle Yemək və Şərab Festivalı

İlk baxdığımızda bir çəngəl kimi görünən Loqoda çəngəl dişləri arasındakı boşlular əslində şərab şüşəsi şəklində yaradılıb.