Əsas səhifə Biznes Heç bir iş qurmadan milyonçu olan Steve Ballmer

Heç bir iş qurmadan milyonçu olan Steve Ballmer

2095
Paylaş

Nə bir şirkətin varisidi nə də qurucusu amma o, aldığı səhmlər sayəsində milyonçular siyahısına adını yazdırmağı bacarıb.

Bill Gatesin Microsoftı yaratmasıyla birlikdə o da Stanforddakı təhsilini yarıda buraxmağa qərar verdi. Microsoft qurulub inkişaf etməyə başladığı illərdə o da şirkətdə ilk səhmlərinə sahib oldu və 50 min dollarla işə başladı.

İşlədiyi hər yerdə müvəffəqiyyət qazanan Steve Ballmer, bir müddət sonra “nömrələrin adamı” olaraq xatırlanmağa başladı.

Gates şirkətdəki vəzifəsini 2000-ci illərdə buraxdıqdan sonra Ballmer CEO’luq vəzifəsini boynuna götürdü və vəzifəsini 2014-cü ildə Satya Nadella’ya verənə qədər uğurla davam etdirdi.

Microsoftu gəlirlərini 3 dəfə, xalis gəliri isə 2 dəfə artırmağı bacardı.

Google və Appleın get-gedə Microsoftla güclü rəqib olmağa başlamasıyla birlikdə gəlirlərdə çətinlik yaşanmağa başladı ancaq bu vəziyyət yenə Ballmerin bir milyonçu olmasına mane olmadı. O varlı ailə üzvü olmadan və bir qurucu da olmadan zəngin texnologiya milyonçuları arasına daxil oldu.

Ballmer eyni zamanda öz istefasından da pul qazanan tək CEOdur. Belə ki 2014-cü ildə istefa etdikdən sonra şirkətdəki payından 800 milyon dollar qazanıb.

Vəzifəsindən ayrıldıqdan sonra basketbol komandalarına investisiya edən Ballmer, ötən il Twitterdən də 4 faizlik bir səhm satın aldığını açıqlamışdı.