Böyük Britaniyanın tanınmış şirkəti Azərbaycandakı filialını bağlayır

Date:

Paylaş:

Böyük Britaniyanın “Wood Group Kenny UK Limited” şirkəti Azərbaycandakı filialının ləğv olunmasını elan edib.

Kreditorlar 2 ay ərzində tələbini Bakı şəhər, Nobel prospekti, 15, “Azure Biznes” mərkəzi, 10-cu mərtəbə, 57-ci ofis ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Wood Group Kenny” dünyada sualtı və boru kəməri üzrə mühəndislik xidmətləri sahəsində müstəqil mütəxəssis hesab edilir. “Wood Group Kenny” energetika sahəsində xidmətlər təklif edən “Wood Group” beynəlxalq şirkətinin bölməsidir. Şirkət 2008-ci ildən BP ilə “Şahdəniz” yatağının işlənməsi layihəsi üzrə çalışaraq layihə çərçivəsində mühəndislik və sualtı hasilat sistemləri layihəsinin idarə edilməsi xidmətlərini göstərib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...