Böyük Britaniya vətəndaşı “Azərkosmos”da yüksək vəzifəyə təyin olunub

Date:

Paylaş:

Böyük Britaniya vətəndaşı

“Azərkosmos” ASC-nin baş kommersiya direktoru vəzifəsinə təyin olunub.

Məlumatda həmçinin deyilir ki, M.Qutriye karyerasına İngiltərənin telekommunikasiya və peyk rabitəsi bazarında lider olan “British Telecom” şirkətində başlayıb. Daha sonra Avropanın aparıcı peyk operatoru SES şirkəti tərəfindən alınan “Europe Star” və “Verestar” şirkətlərində rəhbər vəzifələrdə işləyib. M.Qutriye fəaliyyətini SES şirkətinin ABŞ və Böyük Britaniyadakı ofislərində peyk xidmətlərini idarə etmək, satış əməliyyatlarını aparmaq və “Men adası”nda peyk xidmətlərinin icarəsi üzrə rəhbər vəzifələrdə davam edib. Mark 2013-cü ildən KVH qlobal mobil rabitə xidmətləri təklif edən şirkətdə Satış üzrə vitse-prezident vəzifəsinə təyin edilib və bir müddətdən sonra KVH şirkətinin Asiya-Sakit okean bölgəsi üzrə Birinci vitse-prezident olub.

Mark Qutriye Nottinqem Trent Universitetindən “Elektrik və Elektron Mühəndisliyi” üzrə bakalavr və magistr dərəcələri alıb. O həmçinin İngiltərənin Henley İdarəetmə Kollecində M.B.A. üzrə təhsilini davam etdirib.

Mark Qutriye
Mark Qutriye

Böyük Britaniyada və ABŞ-da satış əməliyyatları və peyk xidmətləri üzrə yüksək təcrübəyə malik olan Mark Qutriye həm regional, həm də beynəlxalq səviyyədə “Azərkosmos”un uzunmüddətli kommersiya strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək.

Mark Qutriye bu ilin oktyabr ayından etibarən “Azərkosmos”un Bakı ofisində fəaliyyətinə başlayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...