Əsas səhifə Xəbərlər Xarici xəbərlər Boston Dynamics-in baş direktoru dəyişib

Boston Dynamics-in baş direktoru dəyişib

46

Robotlar istehsalçısı Boston Dynamics-in qurucusu Mark Raybert baş direktor vəzifəsindən gedib. Onun yerinə şirkətin əsas əməliyyat direktoru Rob Pleyter gələcək.

Raybert isə SoftBank-ın sədri olacaq. O, TechCrunch-a bildirib ki, son bir ildə vəzifəsindən getmək barədə düşünüb. Onun sözlərinə görə, SoftBank-ın nümayəndələri Pleyterin namizədliyini dəstəkləyiblər.

Boston Dynamics yeni inkişaf mərhələsinə hazırlıq üçün dəyişikliklər həyata keçirib, Boston Dynamics-in biznesin inkişafı üzrə vitse-prezidenti Maykl Perri deyib. Onun sözlərinə görə, Pleyter Boston Dynamics-in uzunmüddətli planlama işlərinə və şirkətin yaxın aylarda elanını söz verdiyi bəzi xüsusi layihələrin buraxılışına girişəcək.

TechCrunch qeyd edir ki, Pleyter 2018-ci ildə şirkətin SoftBank-ın yapon səhmdarının nəzarəti altına keçməsindən sonra Boston Dynamics-in əsas əməliyyat direktoru olub.