Elastik “Motorola” smartfonunun buraxılış tarixi açıqlanıb

Date:

Paylaş:

“Motorola” şirkəti elastik ekranlı “Moto Razr” smartfonunun buraxılış tarixini açıqlayıb. ABŞ-da fevralın 6-dan etibarən alıcılara çatdırılacaq cihaz üçün ilkin sifarişlərin qəbuluna yanvarın 26-da başlanılacaq.

Smartfonun qiyməti təqdimat mərasimində elan olunduğu kimi dəyişməz (1499 dollar) qalıb.

Ötən il noyabrın 14-də nümayiş olunan “Moto Razr” şirkətin, ekranı ortadan qatlanan ilk smartfonudur. Qurğu “Qualcomm Snapdragon 710” prosessor, 6 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də ikinci – 800 x 600 təsvir ölçülü 2,7 düymlük displeylə təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 16 meqapiksel təşkil edir, o, həssas obyektivlə (f/1.7) təchiz edilib, ön kamera isə 5 meqapikselli daxili kameraya malikdir.

“Moto Razr” smartfonunun satışlarına ilkin olaraq dekabrın 26-da başlamaq planlaşdırılsa da, ötən ilin sonunda şirkət gözlənilməz yüksək tələbat səbəbindən onu təxirə salıb.

“Moto Razr” smartfonunun buraxılışından bir neçə gün sonra “Samsung” şirkəti tərəfindən “Galaxy Z Flip” adlı yeni elastik modelin nümayiş olunacağı da gözlənilir. O, fevralın 11-də təqdim ediləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...