Almaniyanın məşhur “Robert Bosch GmbH” şirkəti Drezden şəhərində yeni müəssisə inşa etməyə hazırlaşır.
Şirkət pilotsuz avtomobillər üçün mikroçiplər hazırlayacaq yeni müəssisənin tikintisinə 1 milyard avro yatırım qoyacaq. Şirkətin mətbuat açıqlamasında bildirilir ki, müəssisə 2019-cu ildə fəaliyyətə başlayacaq və orada 700 nəfər çalışacaq.
Qeyd edək ki, “Bosch” müxtəlif avtomobil sistemləri üçün proqram təminatı və mikroçiplər istehsal edir. Şirkətdən qeyd olunub ki, 2016-cı ildə konveyerdən keçən hər avtomobildə “Bosch” istehsalı olan orta hesabla 9 mikroçip quraşdırılıb.
©lent.az