Əsas səhifə Startup Fransadan qlobal startupların çıxması üçün texnologiya vizası

Fransadan qlobal startupların çıxması üçün texnologiya vizası

1144
Paylaş
fransaya viza

Fransanın yeni prezidenti Macron ölkəsinə yeni startupları cəlb etmək və Fransadan Unicorn çıxması üçün Texnologiya vizasını həyata keçirməyə başladı. Vəzifəyə gəldikdən çox qısa bir müddətdə əhəmiyyətli bir addım atması, həm ölkəsi üçün həm də Fransa bazarına girmək və iş qurmaq istəyənlər üçün əhəmiyyətli bir fürsət oldu.

fransaya viza

Macron “Fransanın startuplar və sahibkarlar üçün önəmli bir yer olmasını istəyirəm” söyləyir. Fransadakı startuplara edilən sərmayələrin həcmi 2016-cı ildə 1.6 milyard dollara çatıb. Bundan başqa Macron Fransa ekosisteminin çox cazibədar olmadığını və təşəbbüskarların bir qisminin ölkədən çəkildiyini bildirir. Məqsəd bu təşəbbüskarları yenidən ölkəyə cəlb etməkdir.

Bu viza startupçılara, startup işçilərinə və sərmayəçilərə aiddir. Fransada “İstedad pasportu” kimi tanınan bir yaşayış icazəsi ilə alına bilər. Dörd il etibarlıdır və yaxın ailə fərdləri də bu vizadan faydalana bilər.