Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Bolt” xidməti Avropa İnvestisiya Bankından kredit götürüb

“Bolt” xidməti Avropa İnvestisiya Bankından kredit götürüb

50

Avropa investisiya bankı Estoniyanın taksi xidməti “Bolt”a 50 mln. avro məbləğində vençur borc verib. Bu barədə şirkətin özündən məlumat verilib. Əməliyyatın şərtləri açıqlanmır.

Tərəfdaşlar razılığı Avropanın strateji investisiya fondu proqramı çərçivəsində imzalayıblar. O, Avropa investisya bankına riskli layihələrə yatırım etmək imkanı verir. Son beş ildə bank eston şirkətlərinə təxminən  830 mln. avro pul ayırıb.

“Bolt” 50 mln. avronu araşdırma və proqram işlərinə, həmçinin,  taksi xidmətinin təhlükəsizliyinin gücləndirilməsinə və güvənliliyinə, eyni zamanda digər istiqamətlərə xərcləyəcək: elektrosamokat icarəsi, karşerinq və qida çatdırılması.